Kafe-restoranların aqibəti necə olacaq?

“Pandemiya elan olunandan, sərt karantinin tədbiqindən bəri kafe və restoranların vəziyyəti demək olar ki, iflic halda idi. Zaman-zaman qısa müddətli açılmalar olsa da, ümumi baxdıqda mart ayından bəri ilin böyük hissəsində fəalliyət çox zəif olub”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirib. O deyib ki, yenidən sərt karantin rejimində kafe-restoranların qapanması təbii ki, iş adamlarının probelmlərini daha da artırdı:

“Həmin sahədə işsizliyin artması da müşahidə olunur. Nəzərə almaq lazımdır ki, bir çox kafe-restoranlar icarə pulu ödəyir. Çünki çox zaman icarə müqavilələri əsasında fəaliyyət göstərirlər və həmin pulun ödənilməməsi zamanı müəyyən problemlər yaranır. Pandemiya dövründə ən böyük problemlərdən biri elə məhz icarə məsələsi oldu ki, buna da dövlət tərəfindən hər hansı bir addım atılmadı.

İndiki dövrdə sərt karantinin olması, əsasən də Yeni il ərəfəsində bunun baş verməsi onların dövriyyəsindəki zəifləmənin daha da artmasına səbəb olacaq. Bütün bunları nəzər alsaq, ziyan dəymiş əsas sahələr olaraq ictimai iaşə, kafe-restoranların adlarını çəkə bilərik. Təəssüf ki, dəymiş ziyanın aradan qaldırılması yolunda hər hansı dəstək proqramını görmürük”.

Müstəqil.Az 

Share: