Amin Musayev də əsirlikdən AZAD EDİLDİ – FOTO

Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı məlumat yayılıb.

Müstəqil.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Fotodan görünür ki, əsirlikdən qaytarılmış hərbçimiz həkim nəzarəti altındadır.

Qeyd edək ki, Amin Musayevin ailəsi onun qaytarılması xəbərini Oxu.Az-a təsdiqləyib.

 

Share: