ASKO Vətən müharibəsində iştirak edən əməkdaşları və onların ailə üzvlərini diqqətdə saxlayır

Müstəqil.Az xəbər verir ki, bu haqda AXDG QSC -nin mətbuat departamenti məlumat yayıb.

Məlumatda bildirirlir: “Torpaqlarımızın bütövlüyü naminə haqq savaşına qatılan ASCO-nun əməkaşları, habelə şəhid olmuş şəxslərin ASCO-da çalışan ailə üzvləri daim diqqət mərkəzində saxlanılıb, həmin şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif addımlar atılıb.

Bununla belə, ASCO sədri Rauf Vəliyevin əmri ilə Vətən Müharibəsində iştirak etmiş, eləcə də iştirak edərək yaralanmış əməkdaşlara,  Vətən Müharibəsində şəhid olmuş ASCO işçisinin ailə üzvlərinin birinə  və ya şəhid olmuş şəxslərin ASCO işçisi olan ailə üzvünün birinə ödəniş olunması barədə qərar qəbul edilib.

Eyni zamanda, sözügedən əmr Vətən Müharibəsində şəhid olmuş Azərbaycan Dövlət Dəniz Akademiyasında və ya Azərbaycan Dənizçilik Kollecində təhsil alan tələbənin ailə üzvlərinə də aid ediləcək.

Dənizçilər olaraq bir daha başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Müzəffər Ordumuzun hər bir üzvünə təşəkkür edirik. Vətən uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik! Döyüşlərdə xüsusi fəallıq göstərərək, qəhrəmancasına vuruşan və qazi kimi dönən yaralılara isə şəfa arzulayırıq”.

Müstəqil.Az

Share: