YouTube və Gmail-in işində problem yaşandı – Yeniləndi

Google xidmətləri olan “YouTube” və “Gmail”in işində açıqlanmayan bir problem səbəbindən qlobal olaraq məhdudiyyətlər yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Google xidmətləri ilə bağlı problem bütün dünyada internet istifadəçilərinə təsir edib. Youtube ilə yanaşı, “Google”un digər xidmətlərinin (Google Drive, Google Play, Gmail, Google ADS, Google Adsense, Google Admob) fəaliyyətində də problemlər yarandığı bildirilib.

Bununla yanaşı “Google” axtarış sisteminin  işində isə problem müşahidə olunmadığı bildirilir.

Share: