Moskva metrosunda qadın polislərin köməyi ilə uşaq dünyaya gətirdi – VİDEO

Rusiya paytaxtında metroda polislər sancısı tutan hamilənin uşaq dünyaya gətirməsinə kömək ediblər.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə Moskva metropoliteninin “Elektrozavod” stansiyasında baş verib.

Polis əməkdaşları hamilənin elə eskalatorun yanında çökdüyünü görüblər. Məlum olub ki, qadının doğuş sancısı tutub. Hüquq mühafizəçiləri dərhal təcili tibbi yardım xidmətini çağırırlar, lakin doğuş artıq başlamış olur.

Baş çavuş Alesya Polyakova qadının uşağı dünyaya gətirməsinə kömək edir.

Körpə dünyaya gəldikdən sonra dərhal termal yorğana bükülüb.

Hadisə yerinə gələn tibb işçiləri polis əməkdaşlarının hər işi düzgün gördüklərini bildiriblər.

Hazırda ana və uşağı xəstəxanadadırlar. Onların vəziyyətlərinin yaxşı olduğu bildirilir.

O da bildirilir ki, uşaq dünyaya gətirən qadın Qırğızıstan əsilli 29 yaşlı Upol Kurmsanovadır.

 

Share: