İlham Əliyev və Ərdoğan Şuşaya səfər edəcək!

“Biz danışdıq ki, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu hazırlanandan sonra bərabər Şuşa şəhərinə gedəcəyik”.

Müstəqil.Az bildirir ki, bu məlumatı Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bu gün verdiyi bəyanatında səsləndirib.
“Bir daha qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Prezident başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda ictimai fəallar, mətbuat mənsubları – onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırlar.
Məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza salamımı çatdırır, dərin təşəkkürümü bildirirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”, – deyə, ölkə başçısı qeyd edib.
Müstəqil.Az
Share: