Rotterdam limanı “Brexit”in yaradacağı problemlərlə bağlı xəbərdarlıq edib

AZƏRTAC xəbər verir ki, Niderland səlahiyyətliləri Rotterdam limanında böyük mavi maskot qoyaraq “Brexit” keçid dövrünün dekabrın 31-də bitəcəyi və bunun liman istifadəçilərinə dəhşətli problemlər yaradacağı ilə bağlı xəbərdarlıq ediblər.

“Brexit”in Rotterdam limanı üçün həvalə olunmuş əlaqələndiricisi Mark Dijk bildirib ki, liman əməliyyatlarından söz gedəndə, sazişin olub-olmamağı vacib deyil. Yanvarın 1-dən bütün gömrük məntəqələri üçün rəsmi sənədlər qaydasında olmalıdır. Gömrük sənədləri qaydasında olmasa, Britaniyaya getmək mümkün olmayacaq.

Müstəqil.Az

Share: