İBRAHİM KALIN: Qarabağdakı rus hərbçilərindən narazı olanlar Ermənistandakı rus hərbi bazası barədə nədən susurlar?!

Anadollu Agentliyinin 22.11.2020-ci ildə yaydığı məlumata görə, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Qərbdəki müəyyən dairələrin Rusiyanın sülhməramlı hərbi qüvvələrinin Dağlıq Qarabağa daxil olması ilə bağlı narahatlığına münasibət bildirib.

Müstəqil.Az bildirir ki, bu sözləri, prezidentin sabiq köməkçisi, professor Əli Həsənov özünün sosial şəbəkədəki divarında yayınlayəb və İbrahim Kalının qərbdəki müəyyən dairələrin Qarabağla bağlı münasibətini gündəmə gətirib:
“Rus hərbçilərinin Qarabağda olmasından narazılıqlarını bildirən dairələr Ermənistanda Rusiya hərbi bazasının olması barədə nədənsə susurlar. Əgər Qafqazdakı rus qoşunlarının mövcudluğundan həqiqətən də narazısınızsa, o zaman Rusiya bazasının Ermənistandan çıxarılmasını da tələb edin. Ancaq buna gücünüz çatmır”- söylədi, İbrahim Kalın.
Onun sözlərinə görə, Qarabağla bağlı yaradılacaq Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı Rusiya ilə danışıqlar hələ də davam edir.
“Dialoqun ilk mərhələsi başa çatıb. Rusiya tərəfinə Ankaranın mövqeyi barədə məlumat verilib. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimat alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin fəaliyyət məkanı və prinsipləri müəyyənləşdiriləcəkdir. Kimin nəyə cavabdeh olduğu aydın şəkildə müəyyənləşdiriləcəkdir. Türk hərbçiləri bu və ya digər şəkildə Qarabağın mərkəzində olacaqlar”-söylədi.
İbrahim Kalının fikrinə görə, bölgədə vəziyyətin normallaşması, ilk növbədə Ermənistanın maraqlarına cavab verir.
İbrahim Kalın Naxçıvanla Azərbaycanın qalan hissəsi arasındakı nəqliyyat dəhlizi məsələsinin əhəmiyyətinə də toxunmuş və bunun “Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsindən daha az əhəmiyyətli olmadığını” xüsusi vurğulayıb.”
Müstəqil. Az
Share: