Makron ermənilərin ayağına getdi: “Hayastan”a dəstək…

Fransa Prezidenti Emmanuel Makron “Hayastan” fondunun bu ölkədəki filialına gedib.

Müstəqil.Az xəbər verir ki, o, Azərbaycanın Qarabağ bölgəsindən qaçqın düşdüyü iddia edilən 120 min erməni və ümumiyyətlə, Ermənistanda çətinliklə üzləşən 1 milyona yaxın sakin üçün toplanan yardım kampaniyasına dəstək nümayiş etdirib.

Bildirilib ki, telemarafonun nəticəsi olaraq 22 noyabrda birinci, 27 noyabrda isə ikinci təyyarə Fransadan Ermənistana humanitar yardım aparacaq.

Makron burada da yenə Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunması vacibliyindən danışıb.

Qeyd edək ki, Makronun simasında Fransanın birbaşa və açıq şəkildə göstərdiyi ermənipərəst və birtəfəli mövqeyinə görə bu ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyəti sual altına düşüb.

Onu da vurğulayaq ki, Paris şəhər şurasına və Fransa Senatına de-fakto və de-yure mövcud olmayan qondarma və separatçı “dqr”i tanımaq üçün qanun layihəsi təqdim edilib.

Müstəqil.Az

Share: