Dəyişin, yoxsa ancaq əsgər doğacağıq… – Rəfiqə Əlisəfa yazdı

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin arasında imzalanan Bəyanatın 6-cı bəndinə müvafiq olaraq 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu boşaldılmalıdır. Erməni əhalisi artıq çıxmağa başlayıb. Gedərkən pəncərələrini, qapılarını, hətta unitazlarını söküb apardıqlarını gördüyümdə heç təəccüblənmədim. Nə də ərazini tərk edərkən evlərinə od vurmaları, meşələri yandırmaqları məni o qədər də təəccübləndirmədi.

Bütün bunlar erməni xislətinin kiçik təzahürləridir. Ən dəhşətli görüntü isə Kəlbəcər məktəblərindəndir. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər özlərindən sonra “biz havanı zəhərləyəcəyik ki, bütün azərbaycanlı uşaqlar ölsün”, “biz sizə yaşamağa imkan verməyəcəyik” kimi aqressiv ismarışlar qoyur. Təsəvvür edirsinizmi?

Orta məktəb şagirdinə belə dəhşətli yazıları yazmağa məcbur edən necə bir təfəkkürdür? Bu erməni təfəkkürü nə qədər zəhərli, nə qədər təhlükəli, nə qədər qorxuludur… Bizim övladlarımız bu uşaqlarlamı böyüyəcək? Bizim balalarımız bu uşaqlarlamı oynayacaq?

Kəlbəcərdəki yaşayış yerlərini tərk edən erməni əhalisi əcnəbi jurnalistlərə verdikləri açıqlamalarda “öz ana yurdlarından” didərgin salındıqlarını deyirlər. Kəlbəcər hardan erməninin ana yurdu, vətəni oldu? Erməni Kəlbəcər görmüşdü? Ya Şuşada olmuşdu? Bu əraziyə ermənilərin yerləşdirilməsi yalnız ötən əsrin 90-cı illərindəki müsibətlərindən sonra reallaşdı – o da Kəlbəcərdəki qızıl yataqlarımızı və sərvətlərimizi talamaq məqsədilə.

Kəlbəcər nə vaxtdan məktəb divarlarında bizim övladlarımıza lənətlər yağdıran o azyaşlılar üçün vətən oldu?

O uşaqların hamısı eyni nağıllarla, uydurmalarla böyüyüb. Hamısı türkə, azərbaycanlıya nifrət aşılayan dərsliklərlə, kitablarla tərbiyə alırlar. Ermənistan dövlət səviyyəsində bütün qonşularının torpaqlarına ərazi iddiası var. Erməni körpələr “Dənizdən dənizə böyük Ermənistan” xülyası ilə yaşayır. Erməni şagirdləri Gürcüstana, Türkiyəyə, Azərbaycana, hətta Rusiyaya torpaq iddiaları ruhunda böyüyür. Bu xəstə təfəkkür bizim birlikdə yaşamağımıza imkan verəcəkmi?

Bilmirəm və açığı, qorxuram. Bu zəhərli təfəkkürə sahib uşaqların böyüyüb bizim balalarımızı incidəcəyindən qorxuram…

Hər zaman hörmətlə, mehribanlıqla, nəvazişlə davranıb əzizlədiyimiz qonşularımız bir gün onlara qucaq açan azərbaycanlıları qətlə yetirmədimi? Evimizin içindəki kirvələrimiz övladlarımızı qanına bələmədimi? Yetişdirilən yeni nəslin təfəkkürü bu zəhərdən tamamilə təmizlənməzsə, qələmlə məktəb divarlarında lənət dolu mesajlar yazan uşaqlar əlisilahlı əsgər olaraq övladlarımızın üzərinə qayıdacaq.

Bütövlükdə Ermənistanda tədris, tərbiyə dəyişməlidir, türkə nifrət aşılayan qondarma əfsanələri, qonşu ölkələrin ərazisinə iddia edən uydurma tarixləri dərsliklərdən çıxarılmalıdır, “böyük ermənistan” ideologiyasından əl çəkməlidirlər, “qisas və nifrət” aşılayan kilsələri nəhaət, bu xalqı məhvə apardığının fərqində olmalıdır.

Əks halda bu gün Kəlbəcərdə məktəb divarlarına o nifrəti yazan uşaqların sabah əlisilahlı qayıdışına hazır olmalıyıq.

Bizim övladlarımız bu qayıdışa hazır olmalıdır…

Nə vaxtsa bu sözləri deyəcəyim ağlıma gəlməzdi, amma hazırda sülhsevər övlad yetişdirmək ən böyük səhvimiz ola bilər.

Biz əsgər dünyaya gətirəcəyik, əsgər yetişdirməliyik – keçmişini gözəl bilən, bu gününün tədbirini alan və sabahındakı təhlükələrə hazır olan əsgər!

 

 

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet