Rusiyadan İrəvana 20 ton silah göndərildi

Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri Ermənistana silah tədarük edir.

Müstəqil.az xəbər verir ki, bu məlumatı “Haqqin.az” saytı yayıb. Məlumata görə, oktyabrın 3-dən 9-na qədər Ermənistana Rusiyanın mülki təyyarələri ilə “humanitar” tədarük görüntüsü altında 20 tondan çox silah və sursat gətirilib.

Sayt, həmçinin silah tədarükü işində Ermənistan rəsmilərinin təyyarəsindən də istifadə edildiyini bildirib. Belə ki, bunun üçün Baş nazirin müavini Mqer Qriqoryan və Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan seçilib. Üstəlik, bu uçuşlar zamanı Gürcüstana silah tədarüküylə bağlı heç bir xəbərdarlıq edilməyib.

Sayt Fransadan da Ermənistana silahın humanitar yardım adı altında daşındığını açıqlayıb. Belə ki, dünən Parisin Şarl de Qoll hava limanından uçan F-GKXY bort nömrəsinə sahib Eyrbas A320-214 təyyarəsi İranın hava məkanından keçərək, İrəvana eniş edib.

Share:

Author: admin