Deməsəm ölləm… – Bircə Xanım yazdı

Müharibəni qələbəylə başa vuracağıq, inşallah.

Ərgən ərənlərimiz geri dönüb özlərinə toy məclisi quracaqlar. Toyu kim idarə eləsin, kim oxusun, muştuluq nəməri hansı müğənniyə verilsin, qapıdakı ilk toyun toyaçdısını kimin cibinə basaq?

– Necədir Maral Nadir?
– Yoxxx, şəhid dostum onun oxumağını çox sevirdi, bir dəfə də səngərə gəlmədi.
– Bəlkə “bahalı ətir”Vasif?
– Olmaz, ona xəbər göndərdik ki, gəlib yaralı yoldaşlarımıza dəstək olsun, Əsgərlərdən torpaq iyi gəlir, -dedi.
– Manaf Ağayevi sən bələkdə olandan arzulamışam, özü də Fizulimizdə doğulub, ay qadan alım.
– Ay ana, o 30 ildi “oğlannıq”işlərinə baxır, onu tulla Ərgünəş dağına.
– Ay oğul, bax o Fərman kişinin qızı Afət yaxşı qızdı. Şənbəm (şəndəm də olar) də pis qız deyil. Saymaqnan qurtarmaz. Birini de ,toyunu eliyək.
-Ay ana, Laçın dəhlizindən yola saldığımız sonuncu erməniyə qədər heç bir aşığın, müğənninin yadına düşmədik. Toyumu səngər yoldaşım, bir qolunu qəlpə aparmış Nəbi oxuyacaq…
Ananın əli üzündə qaldı.
Şuşa tərəfdən həzin bir musiqi ucalırdı..
Qalmaz belə, qalmaz dünya…
P.S. Ay oxuyançılarımız, səngərə getməyə qorxursuzsa, hosputallara, səhra xəstəxanalarına gedin. Cibinizdəkinə qıymırsız, qıymayın, səsinizlə yaralı balalarımıza dəstək olun, ruhlandırın.Bu günün sabahı da var.Vallah, balamızın toyunu özümüz oxuyub, acından qırarıq sizləri, heç nəyə yaramazsız...
Share: