Bütün Türkiyə eyni anda Azərbaycan bayrağına büründü – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Türkiyənin dörd bir tərəfindən Azərbaycana dəstək, Ermənistana isə lənət yağdırılır.

Müstəqil.az xəbər verir ki, İnsan Haqq və Azadlıqları Humanitar Yardım Vəqfi Ermənistanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi və ardınca dinc əhaliyə hücumlarına etiraz olaraq mitinq təşkil edib.

Avtomobillərini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyən aksiya iştirakçıları Çorumda şəhər turuna çıxıb.

Vəqfin Çorum üzrə rəhbəri Selim Özkabakçı Azərbaycana dəstəklərini göstərmək üçün Türkiyə miqyasında eyni zamanda şəhər turu təşkil etdiklərini söyləyib. O, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu dilə gətirib.

Foto - Edirne'de vatandaşlar, Azerbaycan'a destek için araçlarıyla konvoy oluşturup şehir turu attı.

Ədirnə şəhərində türk vətəndaşlar Azərbaycana dəstək məqsədilə təşkil olunan kortejə könüllü qatılıb.

Foto - Bayrak ışıklandırmasının ardından dönme dolapta

Bundan başqa, Antalyanın Konyaaltı rayonunda 90 metr hündürlüyü olan “Şeytan çarxı” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb, “Bir millət, iki dövlət” şüarı yazılıb. Burada da vətəndaşlar avtomobillərini bayraqlarla bəzəyərək şəhər turu təşkil edib.

Foto - Edirne Sultan 1. Murat Devlet Hastanesi'nden başlayarak araçlarıyla şehir turu atan vatandaşlar, Türk ve Azerbaycan bayrakları açtı.

 

 

Kəpəz rayonundakı Ərdəm Bəyazid Mədəniyyət Mərkəzinin qarşısında toplaşan vətəndaşlar mətbuata açıqlama verdikdən sonra şəhər turuna çıxıb.

Foto - Antalya'da vatandaşlar, Azerbaycan'a destek için araçlarıyla konvoy oluşturup şehir turu attı.

Elazığ şəhər bələdiyyəsi xidməti binasına Azərbaycan və Türkiyə bayraqlarını əks etdirib. Vətəndaşların diqqətini çəkən bayraqlar qarşısında hər kəs foto çəkdirmək üçün sıraya düzülüb.

Foto - Kepez ilçesindeki Erdem Beyazıt Kültür Merkezi önünde toplanan vatandaşlar, buradaki basın açıklamasının ardından araçlarıyla şehir turu attı.

Türk vətəndaşlar Azərbaycanın haqlı davasının xoşbəxt sonluqla bitməsi üçün dua etdiklərini bildirib.

Foto - Türk ve Azerbaycan bayrakları açan vatandaşlar, sloganlarla da Azerbaycan'a destek verdi.

Ərzurum şəhər bələdiyyəsi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etmək üçün başlanan anti-terror əməliyyatlarına dəstək məqsədilə şəhərdəki tarixi məkanları Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib.

Foto - Elazığ Belediyesi hizmet binasına Azerbaycan ve Türk bayrakları yansıtıldı.

Share: