“Üzü ağ bəndələrin qara olur bəxtləri…” – Aynur Haqverdi

*****
Yağışın səsində gizlənmişdim
Getmə, qal! – deyə-deyə.
Qan ağlayır xatirələr
Başım daşdan-daşa dəyə-dəyə.
Üzü ağ bəndələrin qara olur bəxtləri
Görən, niyə?
Alnı açıq kəslərin bağlıdır bəxtləri,
Yoxdur bəxtəvəri, görən niyə?
Bu boşluqda ötüşən hər an
Layla deyir bəxtimə.
Bəxtim körpə kimi
Boşluğun beşiyində yatır
Səs də etmə, Tanrım, incimə.
Ha bağırdım, ha oxudum zümzümə.
Yatmış bəxtim kar imiş, sən demə.
Gündüzlər gözlərim çəkən yollarda
Gecələr xəlvətcə qaçır yuxular.
Xəyalın gözümə dəyib qaçanda
Dağıdır fikrimi o ki var.
Yığa da bilmirəm.
Sən gedəndən
Yaman pinti biriyəm.
(30.03.2020 Şəki. Kiş)
Aynur Saida
Haqverdiyeva-Əhmədzadə
Müstəqil.Az
Share: