Dahi Nizaminin hörmətsiz edilən büstü

Təhsil naziri Ceyhun Bayramov, əlac sizədir

Sosial şəbəkdə (Facebook) Biləsuvarın İsmətli kəndində yaşayan gənc bir müəllimin statusu və yerləşdir.diyi şəkil mənim diqqətimi çəkdi.  Uzun-uzadı nəsə yazmağa ehtiyac duymadım. Status müəllifi zatən bir cümlə və şəkillə hər şeyə aydınlıq gətirib.  Ona görə bir başa mətləbə keçirəm. Əvvəl gənc müəllimin yazdığı statusu oxuyun və yerləşdirdiyi şəklə baxın.

Biləsuvarın İsmətli kəndində yaşayan gənc müəllim Ziya Ziyadov: “Nizami Gəncəvinin Biləsuvarda İsmətlidəki baxımsız büstü. Təmir olunub məktəb qarşısında yerləşdirilsə,gözəl olar”.

Mənim diqqətimi nə cəlb elədi. Təbii ki, dahi Nizaminin büstünün bu vəziyyətdə olması acınacaqlıdır və biyabırçılıqdır. Ən pisi isə bu büstü bərpa edib məktəbin qarşısında yerləşdirimək üçün müraciət edəcək ünvanımız hələki yoxdur. Başı onun bunun pulunu, malını oğurlamağa qarışmış Biləsuvarın İcra başcısı həbsdə. Mədəniyyət Nazirliyinin rəhbərliyinin bir qismi içəridə, digər qismi də namizəddir. Buna görə Biləsuvardan olan gənc müəllimin bu təşəbbüsünə cavab verəcək şəxslər tapmaq müşkül məsələdir. Yeni müdirlər, başçılar, nazirlər gözləmək lazım olacaq.

Ona görə gənc müəllimin bu təşəbbüsünə diqqət yönəldərək başqa bir təkliflə çıxış etmək qərarına gəldim. Fikrimcə aidiyyatı olmasada Təhsil Nazirliyi bu təşəbbüsə qoşulub dahi Nizaminin büstünü bərpa edib kənd məktəbinin qarşısında yerləşdirsə böyük hörmətə və ehtirama layiq görüləcək.

Telejurnalist Şöhrət Əli

 

Share: