Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ili… – Əlisahib Hüseynov

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ilini qeyd edirik. Hesab edirəm ki, Heydər Əliyevin ömür yolunu, siyasi fəaliyyətini, liderlik keyfiyyətlərini öyrənmək və bu təcrübədən, bu irsdən öz gündəlik işində istifadə etmək hər bir siyasətçi üçün faydalı olar. Mən bunu qəti əminliklə deyirəm ki, Heydər Əliyev siyasi düşərgəsindən, ideoloji mövqeyindən asılı olmayaraq hər bir siyasətçi üçün, ictimai xadim üçün məktəbdir, xəzinədir. Tarixdə adları qalan və ya unudulan liderlər çox olub. Heydər Əliyev tarixdə adı qalan, tarixdə iz qoymuş liderlərdəndir. Unudulub tarixdən silinən liderlərdən fərqli olaraq Heydər Əliyev kimi liderlər missiyalı liderlərdir. Onlar öz xalqları üçün, bütövlükdə insanlıq üçün mühüm missiyaların yerinə yetirilməsindən ötrü doğulurlar. Heydər Əliyev kimi nəhəng siyasi şəxsiyyətlər yüz ildə birdəfə doğulurlar. Onun Missiyası tariximizin ən mürəkkəb məqamlarından birində – ötən əsrin 90-cı illərində xalqımızın varlığını qoruyub saxlamaq, dövlətçiliyimizi yaşatmaq və Türk Dünyasının siyasi-iqtisadi birlik halına gəlməsi üçün gərəkən addımları atmaq idi. Heydər Əliyev usta siyasətçi kimi, müdrik dövlət adamı kimi bu vəzifələrin hər birinin öhdəsindən layiqincə gəldi. Heydər Əliyevin müstəqil Azərbaycanın lideri kimi hakimiyyətdə olduğu on illik dönəm (1993-2003-cü illər) mənim nəzərlərimdə tariximizin ən parlaq, qızıl dövrlərindən biridir. O, müasir tariximizin olduqca kritik bir məqamında – 1993-cü ildə Azərbaycanın böyük siyasət səhnəsinə qayıtmaqla ölkəmizi parçalanmaqdan qorudu. Mən həmin dövrü yaxşı xatırlayıram. Bu tarixi əsla unutmaq olmaz. Həmin məqamda tamamilə ümidsiz vəziyyətə düşmüş, vətəndaş müharibəsi həddinə gəlib çatmış və separatçıların bölücülük planları ilə baş-başa qalmış bir ölkəni ayaqda saxlamaq, onun qorumaq və xalqı böhrandan çıxarmaq həqiqətən də böyük tarixi Missiya idi. Xilaskarlıq Missiyası idi. Elə təkcə bu Missiyasına görə ölməz liderimiz Heydər Əliyevi hər zaman böyük minnətdarlıq hissi ilə xatırlamağa, yad etməyə dəyər. Doğum günün mübarək olsun, Ulu Öndər!
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Müstəqil.Az
80 baxılıb
mersin escort