Mənsimov bu tarixdə azadlığa çıxacaq

Mübariz Mənsimov iyun ayının sonuna qədər azadlığa buraxılacaq.

Axar.az xəbər verir ki, bu sözləri məşhur astroloq Səbuhi Rəhimli rəsmi Yutub kanalından yayımladığı “Gecə söhbətləri” buraxılışında azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsi ilə bağlı danışarkən deyib.

Astroloq qeyd edib ki, may-iyun ayları ərzində Mübariz Mənsimov həbsdən azad ediləvək və iyul ayından artıq işinin başında olacaq.

Qeyd edək ki, Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov bu il 15 martda Türkiyə polisi tərəfindən saxlanılıb, 17 martda isə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

O, FETÖ ilə əlaqədə şübhəli bilinir.

M.Mənsimov isə bu iddiaları qətiyyətlə rədd edir.

 

Müstəqil.az

Share: