“Hərə bir xatirə götürüb gəlib…” – Rəfiqə Qasımqızıdan Fərqanə Mehdiyevanın xatirəsinə

İtki
 
İtki çox ağır olur,o da ola dost itkisi.Bu gün son mənzilinə çox könülsüz,eldən gedən,əziz dost əlvida!
Bu son görüş səni sevənlərin ürəyini sızlatdı,acı göz yaşları yanaqlarını göynətdi,şeirlərin dillərini yandırdı.
 
Əzizimiz FƏRQANƏ xanım,hər dostun ürəyində özünə ucaltdığın heykəlinin üstündə şeirlərinin izi səslənib dillərdə əzbər olacaq,səni unudulmağa qoymayacaq.Həmişə sevənlərinin qəlbində yaşayacaqsan.Ruhən yaxşılıq mələyi kimi yaxşılıqların carçısı olub yaxşıların ürəyində özünə məskən salacaqsan.Məkanın cənnət,məqamın uca olsun….
Qalıb
 
Bir tufan qopubdu söz aləmində,
Sözlər öz yerini dəyişik salıb.
Axan göz yaşları yazdığın kimi,
Şəkillər üstündə göllənib qalıb.
 
Hərə bir xatirə götürüb gəlib,
Anan təndirini söndürüb gəlib.
Güllər də köksünü ötürüb gəlib,
İçim buz bağlayıb çöllənib qalıb.
 
Yola körpü saldın,sevdin Təbrizi,
Araz ürəyindən səslədin bizi.
Gülümsər çöhrəndə ölümün izi,
Gözü dolan şəklin güllənib qalıb.
 
 
Rəfiqə Qasımqızı.
Share: