İmtahanlar iyuna planlaşdırlır – VİDEO

Keçilməyən mövzular imtahan zamanı qiymətləndirilməyəcək

9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında planlaşdırılır.

REAL xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, mart, aprel, may və iyun ayında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək.

Yeni qaydalara əsasən hər bir auditoriyada 12, maksimum 15 şəxs olacaq.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, peşə təhsili sistemində ümumtəhsil fənləri ilə bağlı qiymətləndirmə yanvarda başa çatıb. O deyib ki, peşələrlə bağlı qiymətləndirmə tələbələrin öncədən əldə etdikləri nəticələrə uyğun olacaq.

“Hər hansı tələbə narazı qalarsa, iyul-avqust aylarında yenidən qiymətləndirmədən keçə bilər. Bu il də avqust ayında peşə təhsili müəssisələrinə qəbul nəzərdə tutulub” – deyə, nazir vurğulayıb.

9-cu sinif orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

11 illik orta təhsil bazasında kolleclərə sənəd qəbulu isə onlayn şəkildə 12 may – 5 iyun tarixlərində təşkil ediləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.

 

 

47 baxılıb
mersin escort