Nəinki sosial məsafə, heç seksual məsafə də qorunmur

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

77 nəfər də bu gün koronovirusa yoluxub. Artan templə gedir. Belə getsə başladığımız nöqtəyə gələcəyik.  Hamı deyir ikinci dalğa başlayır. Bəyəm birinci dalğa bitdi ki, ikinci dalğa başlaya. Bizim karantin dövründə yaşadığımız qayda-qanun tərzi, normal ölkələrdə və millətlərdə adi həyat tərzi, yaşam qaydasıdır. Bir balaca ipin ucunu buraxdılar camaat bir-birinin boynuna mindi. İndi də deyirlər ikinci dalğa gəlib.

Gəlib eləməyib, çünki birinci dalğa hələ bitməyib. Birinci dalğanı Çin, Avstriya bitirdi. İndi də dövlət əhalisi ilə birgə çalışır ki, ikinci dalğa başlamasın. Amma biz xəstələrin sayı 500-ə enmədən hureyy deyib cumduq küçələrə. Nə yoxlayan var, nə nəzarət edən. Əksinə bəzi dövlət və özəl qurumlar elə şərait yaradıblar ki, xəstələrin sayı artsın. Birini deyim. Gözümnən gördüyüm və iştirakçısı olduğum hadisə. Yaxın tanışım səhər-səhər mənə dedi ki, 190 manat yardım almaq üçün Kapital bankdan kart götürməlidir. Gedək bir yerdə götürək ordan da gedərik işə.

Görüşdük. Ona göndərilən mesajla maraqlandım. Göstərdi. 190 manat üçün göndərilən mesajda yazılmışdı ki, mayın 7-də saat 10-00-dan 17-00-a qədər kartınızı Kapital Bankın filiallarından götürə bilərsiniz. Biz də saat 9-da Kapital bankın Cəfər Cabbarlı filialının qapısını kəsdirdik.  Ora gələndə hardasa 50 adam maskasız, qoca, uşaqlı qadın, gənc yığışıb qapının qarşısında dayanan polis əməkdaşı ilə mübahisə edirdilər. 1 saat deyişmədən, mübahisədən sonar iş başlanıldı sədası eşidildi. Elə həngamə də bundan sonar başlladı. Bəlli oldu ki, bankın yumurta sınmasın deyə yerində otura bilməyən nərminazik xanımları müdirin tapşırığı ilə hələlik yalnız  öz müştərilərinə xidmət göstərirlər. Çöldə 190 manata görə qırğın salan camaat isə ikinci sort sayıldığından onlara xidmət saat 2-dən sonra başlayacaq. Mənim jurnalist kimi niyə içəridə 8 bölüm olan iş yerində cəmi 3 qız oturub işləyir, olmazmı bu qızlardan biri məhs yardım kartı verməklə məşğul olsun, digərləri bankın öz işilərini görsün, niyə əvvəldən deməyibsiniz  kartlar saat 2-dən sonra veriləcək kimi iradlarımı isə vecinə alan olmadı. Əsəbləşəcəyimi görüb tanışımı qapının qarşısında dayanan neandertalla üzbəüz qoyub çıxıb getdim. Bunları deməkdə məqsədim.

Niyə ölüb yerə girmizrsiniz ? Niyə bu camaatı prezidentə, dövlətə qarşı qaldırırsınız ? Adam balası kimi deyə və yaxud yaza bilmirsiniz, ay camaat, əziyyət çəkin saat 2-dən sonra gəlin. Saat 9-da camaatı bankın qarşısına yığıb saat ikiyə qədər niyə gözlədirsiniz. Sonrada deyirsiniz karantinə riayət etmirlər. Nə bilim say çoxalır. Çoxalacaq da, ölüm halları da artacaq, etirazlar da başlayacaq. Çünki camaatı incidirlər. Onlar da qayda-qanuna riayət etmir. Hər yerdə bu cür basabas, vurhavur dava qırğın yaradırlar. Nəticədə  həmkarım Xalid Kazımlı demişkən, nəyin ki, sosial məsafə, heç seksual məsafə də qorunmur.

P.S Hələ avtobusları demirəm. Orda baş verənlər əməlli başlı erotikadır.

 

Telejurnalist Şöhrət Əl

103 baxılıb
Shares
mersin escort