MTRŞ-in Aparat rəhbəri işdən çıxarıldı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.
Müstəqil.Az
 xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb.
Qeyd edək ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığısərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib. Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org yayıb.

Qeyd: Asəf Hacıyevin Prezident Administrasiyasının İctimai siyasi şöbəsinin keçmiş rəhbəri, Prezidentin sabiq köməkçisi Əli Həsənovla bağlantısı haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin!

Müstəqil.Az

Share: