Bakıda karantin ləğv edilsin… – Video

Çox şükürlər olsun ki, hökumətin vaxtında qəbul etdiyi etdiyi qərarlar nəticəsində biz bu bəladan az itkilərlə qurtulmaq üzrəyik. Vəziyyətin bizdən çox-çox pis olduğu ölkələrdə artıq karantin rejimi aradan qaldırılır. İqtisadiyyatımız karantin rejiminin davam etməsindən və neftin qiymətinin kəskin aşağı düşməsindən ciddi ziyan görür. Ona görə də düşünürəm ki, bu həftə də virusa yoluxanların sayında ciddi artım olmazsa, mayın 11-dən karantin rejimini aradan qaldırmaq lazımdır.

Müstəqil.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib.

Həsənquliyev bildirib ki, ictimai yerlərdə və nəqliyyatda tibbi maskalardan istifadənin məcburi olması barədə qərar qəbul etmək olar:

“Karantin rejimi həm də ona görə aradan qaldırılmalıdır ki, xüsusilə, iqtisadi islahatlar geniş vüsət alsın.

Saakaşvili bəyan edib ki, Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir. Mən isə deyirəm ki, Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir. Ən başlıcası isə yubanmadan böyük özəlləşməyə və mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına başlamaq lazımdır. Vaxt gedir…”(Axar.az)

 

 

Share: