Leyla- Elnur Nəhmədov yazdı

(Hekayət)
Lap yaxında görünən dağlar,upuzun çinarlar, küçənin ortasıyla axan dumduru su, göy üzündə o yan-bu yana uçuşan təyyarələr, top səslərilə açdığımız o səhərlər və Leyla. Onunla üç gün gizlənqaç oynamışdıq.

Leyla Qarabağa qonaq getdiyimiz evin qızı idi. Ağappaq üzü,sarı saçları, siçan gözlərinə bənzəyən mavi gözləri, xırdaca burnuyla ilk tanışlığım da həmin gün oldu.O, maşından düşən kimi əllərimdən tutdu.Özünə sarı çəkib siçanabənzər dodaqlarıyla məni öpdü.Leylanın üzünü ağappaq siçanın üzünə bənzədin, həm də ora sarı çillər qatın.Leylanın saçlarına sarı deyirəm,əslində qırmızıya çalan sarı rəngdəydi.
Elnur Nəhmətov adlı şəxsin şəkli.

Rəngimin qaralığından həmişə utanmışdım, Leylanın məni öpdüyü an lap çox utandım.Bu gözəllikdə qız mənim kimi eybəcəri, qarabalanı niyə öpsün axı?!
Axşam yeməyində bir tərəfdə onların ailəsi, bir tərəfdə də biz bardaş qurduq. O, qaşığı ağzına aparanda belə gözlərini məndən ayırmırdı. Yazıq-yazıq ona baxıb məndən kənar dur demək istəyirdim. Mənə elə gəlirdi ki,hamı bizə baxır. Ondan xoşlandığım üçün utanırdım,yoxsa rəngimin qara olduğu üçünmü, bilmirəm…
Bir tərəfdən də atası Leylasını əzizləyirdi: şirin qızım,birdənəm,şahzadəm…
Qəfildən ağlamağa başladım
Səbəbini dedim,özü də içimi çəkə-çəkə. Leylanın mənə baxmağından hamıya şikayət etdim. İçdən ağlayırdım, lap içdən…

(ardı var…)

Share: