Prezident: Mən Məsihəm, amma möcüzə bacarmıram…

Braziliya Prezidenti Jair Bolsonaru koronavirus qarşısında gücsüz olduğunu bəyan edib.

Müstəqil.Az xəbər verir ki, bunu Bolsonaru jurnalistlərə açıqlamasında deyib.

“Üzr istəyirəm. Mən, əlbəttə, Məsihəm (Bolsonarunun ikinci adı portuqalca Məsih deməkdir), amma möcüzələr yarada bilmərəm”, – deyə o bildirib.

Bolsonaru koronavirusdan ölənlərin yaxınlarına başsağlığı verib.

Müstəqil.Az

Share: