“Tarixi oxumayaq, tarixi yazaq…”- Emin Səbuhi yazır…

Tarixi oxumayaq, tarixi yazaq

 

Tarixin və yanlış sistemin qurbanlarından biri də biz olmaq istəmirik.Yazının əvvəlində vurğulayım ki, qəti tarixi şəxsiyyətlərin dahi şairlərimizin yaradıcılığına və ömür yollarına irad bildirmirəm Bu iradı bildirməyə, nəinki mənim, bugünkü günün ən böyük şairlərinin belə hünəri, ixtiyarı çatmaz. Lakin bir neçə nüans var ki, çözümünü tapmalıdır.Tarix bir daha ədəbiyyata öz sevgilisi ilə şeirlə söhbətləşən bir şair yetişdirərmi?Cavab:Əminəm ki, yetişdiribsə bir daha da yetişdirər.Bir daha Hüseyn Cavad kimi Bayraq mühafizəkarı bir şair yetişərmi?Cavab:Bəli yetişdirər.bizim torpaqlar tarix boyu qanla suvarılıb.
Son otuz ildə müasir beyinlərin formalaşdırdığı bir fikir var əslində, bu fikirdə böyük gerçəkliklər var. Danılmaz bir həqiqətdir ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı-poeziyası, nəsri, kino-film, musiqisi və fərqli-fərqli sahələri bir daha eyniliyi tərklarlamasa da nadir hallarda da olsa bugünki gündə güclü qələm sahiblərimiz, şairlərimiz var..Ürək titrədən muğam ifaçılarımız, gözə görsənməyəcək qədər cuzi olan aktyorlarımız  var. Öz kariyerasını düşünmüyən, oxumaqdan belə madiyyat uman özü üçün daim ” Həci ” axtaran müğənilərimiz ürək bulandırır.

 

Azərbaycan kinosundaki köhnə zamana məğlub olmaq

 

İndi fərqləri müqayisə edək, çox əfsuslar olsun ki, üstündən 30 il keçməsinə baxmayararaq biz dillərə yapışan bu cümləni yaşlı nəslin düşüncəsində yanılda bilmədik. İnsanların beynində bir fikir formalaşıb kino sahəsinə ” Siyavuş Aslandan, Nəsibə Zeynalovadan,Yaşar Nuridən bir daha gəlməyəcək ,” bir daha Şövkət Ələkbərova, Rəşid Behbudov,Qədir Rüstəmov kimi müğəniləri səhnə yetişdirməyəcək”.
Bir Azərbaycanlı gənci kimi etiraf etdiyim nüanslar var ki. Düzdü, qəbul edirəm, bu gün Fərda Xudaverdiyev Siyavuş Aslanın, Elməddin Yaşar Nurinin, müğənni Səməd Səmədov isə Akif İslamzadənin boşluğunu doldura bilmədi.
Dünya qədər, dəryalar və səmalar qədər fərq var. Bu inkar edilməzdir ki, gələnlər gedənlərin boşluğunu doldura bilmədi ki, bilmədi.Fərdalar,Elməddinlər və başqa Azərbaycan filmini iflasa uğradanlar çox heyif ki, biz gəncləri yaşlı nəslin, dünənini öyənlərin qarşısında bizi məyus edib. Onların fikirlərini düz çıxartdılar, bizi isə yanıltdılar.
Kino sahəsində etiraf edək ki, tarix bir daha Həsən Turabovlar, Lütfəli Allahverdiyevlər, Adil Isgəndərovlar,  Nəsibələr, Yaşarlar, Siyavuşlar.Eldənizlər yetişdirmədi. Bugünün gənc aktyorları kinonu yaşada bilmədilər.Kino sahəsində çarəsiz etiraf edək ki, keçmiş zamana məğlub olduq. Azərbaycan tamaşaçısı Hələ çox-çox onilliklər “Bəyin Oğurlanması”-na,” Yol əhvlatı “-na,”Qaynana”-ya,”Kişi Sözü”-nə,”Yeddi Oğul İstərəm”-ə və s.tarixə nöqtdə qoymuş Azərbaycan filmlərinə baxıb həzz alacaq. Azərbaycan kinosu son 30-ildə aktyor və aktrisa baxımından bugünümüz dünənimizə əfsuslar olsun ki, məğlub oldu. Kino və film sahəsində tamaşaçının arzuları ürəyində qaldı.Umduğunu tapa bilmədi. Artıq ağ-qara rəngli filmlərlə bundan sonra bir ömür barışmalı olduq.Əslində bu ağ-qara filmlərlə keçdi balacalığımız…

 

Üzeyirdən Üzeyirə

 

Və yenə də film sahəsində də olduğu kimi musiqi və musiqinin müxtəlif janrlarında da bugünki musiqi otuz, qırx ilin musiqinin yanında üzü ağdı. Müasir beyinlər artıq yeniliyi qəbul etsə də əsli şedevrlər, ən nəhənglər tarixin dünənində qaldı.Bugünün sənət Camisıyla 60-70 ci ilin sənət camisini müqayisə etsək müqayisə özü utanar müqayisədən. Azərbaycana xas olan Azərbaycan İncəsənətini, musiqisinin şah damarı olan muğamatı bu gün barmaq sayı oxuyan gənclərimiz var. Lakin qəbul edək ki, Qulu Əsgərovdan, Xan Şuşuniskidən, Qədir Rüstəmovdan tarix bir daha yetirməyəcək. bu danılmazdır.Ümumiyyətcə yeni nəsildən nadir hallarda rasr gəlmək olar ki muğamat dinləsinlər, o da nadir hallarda Könül Xasıyevaya qulaq asarlar.Qulaq asınlar e yetər ki, sərvətimiz olan müğam qəribçiliyə düşməsin…Musiqi Dünyasında 70-80 cı illərdə olan ab-hava, incəlik, səhnə duruşu, abır-həya, səs və musiqiyə qoyulan ürək bu günki oxuyanlar da, Müğənilərdə yoxdur. Musiqi sahəsində də tərəddüdsüz vurğulaya bilərik ki, indiki zaman keçmiş zamana məğlub olur. 60-70-80 cı illərdə Azərbaycan musiqisini ayağda tutan, can verən, dünyaya tanıdan, təbliğ edən dahi Üzeyir Hacıbəyov idisə, bu gün, 2020-ci ildə Azərbaycan musiqisini dünyaya tanıdan, təbliğ edən və insanlar tərəfindən tələb olunan Üzeyir Mehdizadədir. Bu Adaşların arasında planetlər qədər boşluqlar yaranır.Üzeyir Mehdizadənin Azərbaycan musiqisini Üzeyir Hacıbəyovdan sonra dünyaya tanıtmasına və təbliğ etməsinə insan bilmir gülsün, yoxsa ağlasın? Üzeyir Hacıbəyov Azərbaycana musiqiyə, səhnəyə tarixə iz salmış xanəndələr, müğənillər bəxş edib.Daim rayonları, bölgələri gəzib itib-batmış unudulmuş nadir səsləri kəşf edib və gün işığına çıxartmaqla mədəniyyətimizin formalaşmasında mühüm rolu olub. Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində tanınmasına vasitəçi olmuş nəhəng şəxsiyyət və dahidir Üzeyir Hacıbəyov. Bugünkü dinləyici, tamaşaçı nə qədər özünü zorlasa, məcbur da etsə də, bugünki günün musiqisi ilə, mahnıları və son iyirmi ildə tanınmağa başlayan müğənnilərlə sovuşa bilmir, isnişə bilmir. əl-əlxsus da o insan sovet dövrünün illərini yaşamış bir insan olubsa, iş o zaman lap qəlizləşir. Mümkün deyil. Bugünkü gün bir xanım və ya bəy oxuyan sənətçi müğənni o gücdə, o səviyyədə deyil ki, yaşlı nəsil köhnə tarixə tərif yağdıranda biz də bugünki günün gənci olaraq uğurlarımızı ortaya qoyaq, müqayisə edək. Neyləyək?Necə eləyək? 50-60 ci illərdə Azərbaycan musiqisindən yetəri qədər zövq alan Rəşid Behbudovun, Sara Qədimovanın və bu kimi şedevr klassiklərin musiqiləri ilə böyüyən yaşlı nəslin qabağına müqayisə üçün Damlanımı? Rəhim Rəhimlinimi qoyaq???Bu hal artıq tarixin önündə musiqi ilə dünənin sənətçiləriylə bugünki günün müğənillərini müqayisədə, bugünki günün bir gənci olaraq bildirirəm ki, mən təslim. Mən pass.

Bəlkə elə biz Tarixə qarşı doğurdan ədalətsizlik edirik???

Bu məqalənin əvvəlində 1937-ci ildə ömürlərinin bahar çağında haqq uğrunda ədalətsizliyi həzm etmədilər deyə, sürgünə gedən tarixə möhür vurmuş dahi şəxsiyyətlərimizdən danışdıq.
Mədəniyyətin və İncəsənətin bəzi qolları və janırları var ki, yazının ortasında tək-tək hansı səbəblərə görə bir Azərbaycan gənci olaraq tarixin qarşısında məğlub olduğumuzu izah və məzlumyanə etiraf etsəm də bu gerçəklər danılmaz həqiqətlərdir.Hər əsrdə bir əsrin əvvəli var, bir də sonu.Gəncliyimiz əsrin sonuna təsadüf etdiyindənmi günahkarıq?Ya Yaşlı nəslin bizi söz ilə təzyiq altında saxlamaqlarındanmı əzilirik? Bunu aydınlaşdırmalıyıq.Bu gerçəyi əstafurullah inadla-təkidlə iddia etmirəm. Sadəcə bu yazını oxuyan oxucu ilə dostcasına söhbətləşirəm. Bəlkə elə bugünki günün gəncliyi – şairi, yazarı elə doğurdanmı ” bir daha Mikayıl Müşfiqdən, Əhməd Cavaddan, Səməd Vurğundan tarix yetirməyəcək ” dedikləri zaman ağır bir təsirin altına düşür? Bəlkə bu sözlərə görə bədbinliyə qapılır və özü-özlüyündə bu gerçəkliklə barışır.Ümidsizliyə qapılır və düşdüyü mühit ilə uzlaşır.Çox keçmiş tarixə getmirəm, yaxın tarixdən misal gətirirəm.
Bəlkə elə doğurdanda “Bir daha tarix Bəxtiyar Vəhabzadələr, Nüsrət Kəsəmənlər, Ramiz Rövşən”-lər yetirməyəcək deyildiyi zaman biz bugünki gənc və orta yaşlı şairləri ruhdan salmış, əl-qolunu qırmış oluruq.Ya bilərəkdən, ya heç bilməyərəkdən Ramiz Rövşənləri, Bəxtiyar Vəhabzadələri elə bələyindəcə boğmuş oluruq.
Əziz oxucu, sizcə  hər dəfə keçmişi alqışlayaraq bu günümüzü lənətləyərək və aşağılayaraq biz Mikayıl Müşfiqləri, Əhməd Cavadları, M.Ə.Sabirləri elə beşiyindəcə boğmuş olmuruqmu? Tarixə təzədən Mikayıl Müşfiqlərin və Mikayıl kimi tarixdə iz qoyanların gəlməyinə tərəddüdlə iddia etmirəm.Əziz oxucu, bu fikir üstündə düşünməyə dəyməzmi? Necə ola bilər ki 1937-ci ildən bu tərəfə bu aşıqlar, bu ozanlar, bu qəzəlxanlar, bu xiridarlar torpağında öz sevgilisi ilə şeirlə söhbət edən bir şair və sıradan bir Vətəndaş olmaya??
Ömürlərinin baharlarında tarixə iz qoyub, dillər dastanı olub sürgünə gedən söz adamları Azərbaycanın danılmaz dünəninə, qan yaddaşına, tarixinə və zehininə həkk oldular.
Bugünki günün gənci və gələcək nəsillər bir gerçəyi də bilməli şəkildə anlamalı və ruhdan düşməməlidir ki Azərbaycanın necə ki, əsrin əvvəllərində 1920-ci ildə Azərbaycan Parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlil-deşik olmuş bayrağımızı 1937-ci ildə qətlə yetirildiyi günə qədər sinəsində qoruyub saxlamışdısa, 55 il sonra eyni qəhrəmanlığa və şücaətə malik Azərbaycanın Milli Qəhrəmanı 1992-ci ildə Ağdamın Xramort kəndindəki qırğınlar zamanı 5 gün kilsədə ac və susuz bağrında Azərbaycan bayrağını qoruyaraq və nəticədə təslim olarkən belə bir neçə mundar Erməni əsgərinin əlindən Bayrağı almağa çalışdığı zaman bayrağı erməniyə verməyən erməni şərəfsizlərlə 5 gün tək vuruşan ( Qeyd edim ki həmin o 5 gün ərzində erməni dığaları elə bilməyiblər ki, atışma zamanı kilsənin içində Natiq Qasımov 50-60 nəfərlik ordu ilə müqavimət göstərir, lakin sonradan Natiq Qasımova təklif ediblər ki ” Sən təslim ol qarşılığında onlarla əsiri əsirlikdən azad edək ” . Lakin biləndə kilsənin içində Natiq tək olub heyrətə gəliblər ) qəhrəman və igid Azərbaycan oğlu Natiq Qasımov kimilərin Bayrağa olan sevgisi, eşqi Azərbaycan kişisinin qanındadı, canındadı.

Nəticə

Tarix əsrin əvvəllərində Əhməd Cavadı yetişdirir və 55 il sonra Milli Qəhrəman Natiq Qasımovla tarix isbat edir ki, Azərbaycanda Mikayıl Müşfiqlər, Əhməd Cavadlar, Natiq Qasımovlar olub, var və gələcək nəsillərdə də var olacaq!

Bugünün gənc şairlərindən Mikayıl Müşfiq və ya Bəxtiyar Vəhabzadə olarmı?

Məncə 55-il sonra qəhrəmanlar eyni şücaətlə doğulurlarsa niyə də bu son 20 ildə Mikayıl Müşfiqlər, Bəxtiyarlar, Nüsrətlər və Dağlar oğlu Şücaətlər doğulmasın???
Zənnimcə bu günki gün Azərbaycanda şair olmaq ruh düşgünlüyü yaşamaq kimi duyğudur.Şairə yetəri qədər maliyyə dəstəyi verilmir. Dövlət yazarlara, şairlərə maliyə ayırdığı zamanda o vəsait sözün əsl mənasında pula ehtiyacı olan insanlara çatmır. Şair öz məişət probləmlərinin içində batıb-boğularkən digər tərəfdən də oxucu azlığı və oxucu laqeydliyi ilə üz-üzə qalır.

Şəxsən Azərbaycan bir daha tarixə Mikayıl Müşfiq kimi və M.Müşfiq timsalında 1937-ci ildə Repressiya Qurbanı olmuş qələm adamları və şairlər kimi dünyaya səs salmış gənc şairlər yetirəcəyinə elə də bədbin baxmıram. Ümidim var.Sadəcə bir filmdə dediyi kimi ” bir az emosiya ” , bir az oxucu diqqəti və ölkədə mütaliə edən gənclər var olmalıdır.Maraqlıdır ki,tarixə iz salmağçün.Tarixdə bir əsr yaddaşda qalmaq üçün mütləq sürgünəmi getməliyik ki, dillərə dastan olaq?
Bu gün görməsək də Azərbaycanda Mikayıl Müşfiq sevgisi və taleyi yaşayan gənclərimiz var. Lakin yazının əvvəlində vurğuladığım kimi sadəcə ” tarixə bir daha gəlməyəcək ” cümləsi bugünki gəncliyin ruhunu, gücünü, həvəsini kökündən baltalayır, qol-qanadını qırır. Bu gün də şeiri ilə yoldaşına ” Etiraf ” şeiri yazan Nüsrət Kəsəmənli qoxusu gələn şeirlərimiz, şairlərimiz var və az deyil.

” Sən mənə zülm eylədin mənə zülüm yaraşır
Bir Salama dəyməyən eşqə ölüm yaraşır ”

Kimi şeirlər formasındaki sətirlər və duyğular.
Sadəcə Ədəbiyyat şiddətli dərəcədə oxucu laqeydliyi ilə üz-üzədir. Nəzərə alaq ki, Bəxtiyar Vəhabzadənin də, Nüsrət Kəsəmənlini də, şeirin, poeziyanın “Messi”-si mərhum şair Zəlimxan Yaqubu da bu torpaq yetişdirib.İndi də ən yaxın burnumuzun dibindəki tarixə boylanaq Aqşin Yeniseyi, Ayaz Arabaçını, Salam Sarvanı, Esmira Məhiqızını və bu cərgəyə adını sadalayacağımız onlarla müasir şairi iyirmi birinci əsirdə hələ yetirirsə demək hələ də ümid var.

Bəli, cənablar və bəylər, can çıxmamış ümid üzülməz.
Gün baş qaldırmamışdan nələr baş verər.
Ədəbiyyatın və poeziyanın bugünki məsuliyyəti və yükü biz gənc şair və şairələrin çiyinlərindədir.
Biz ədəbiyyata və şeiriyyata həvəslə, enerji və ruh ilə sarılsaq əmin olun ki, 50-60 il sonra bugünün körpələrinə, balalarına necə ki, dünənimizdə qələmləri ilə böyük tarix yazmış Mikayıl Müşfiq ilə Səməd Vurğun ilə Əhməd Cavad ilə var olduq.Oxuduq, qürrələndik və ilhamlandıq. Bizdən sonra gələn nəsillərə də bu ədəbiyyatı, poeziyanı əlimizlə əmanət edəndə o balalarımıza keçmişlərində zəngin və oxuduqca vətən eşqi şahə qalxan bir ədəbiyyat əmanət edək. Buna gücümüz və cəsarətimiz olsun.
Söz adamı qorxmaz,  şeir, poeziya, söz adamı məclislərdə həqiqətə kor olmaz. Susmaz, yalaqlığı təbliğ etməz. Silahı söz olar.Ola bilər ki, biz bu gün oxucu azlığı ilə üzləşmişik.İnsanları da kitabdan, ədəbiyyatdan az da olsa uzaqlaşdıran texnologiyadır.
Sosial şəbəkədir.Bir xalqın ki, gəncliyinin yüz də otuz faizi kitab qoxusunun möhtəşəmliyini ciyərlərində hiss etmirsə, o xalq cahilliyə yuvarlanır.

 

Son söz olaraq

 

Əziz gənc şairlər, bacılar və qardaşlar əsla ruhdan düşməyək.Ədəbiyyat bizlərə əmanətdir.Əmanətə isə xəyanət bizim torpağlarda qəti olmayıb, olmaz. Əziz Azərbaycanın gənc şair və şairələri gəlin tarix oxumayaq tarix yazaq.Çünki illər sonra övladlarımıza sunmağa tutarlı tariximiz olsun.Son illər gənc şairlər oxucu tərəfdən çox soyuqluq və laqeydlik gördüklərini vurğuluyurlar. Hər şey zamanla uzlaşacaq. Bu gün Azərbaycan gənci fikrini-zamanını məişət problemlərinə sərf etsə də inanın ki, vaxt-zaman gələcək internet salonlarına sürətlə axın edən gənclik yolunu kitabxanalara yönləndirəcək. Mütləq yönləndirəcək. Bu günün gənc şairlərinin mənfi xüsusiyyətlərindən biri də elə bir-birlərini oxumamaqdır. Buna nə ad verək? Bilmirəm.Paxıllıqmı?Laqeydlikmi?Həvəssiz olmaqmı?Bir az çalışdığımız qədər bir-birimizin yeni yazdığımız şeirlərimizi mütaliə edək.Qiymət verək, ya tərif edək, ya da tənqid.Lakin tutarlı, səbəbli tənqid edək.Yeri gəldi tənqidi dostcasına qəbul edək. Şeirlərimiz paylaşılanda kimsə və kimlərsə tərəfindən tənqid olunanda tutarlı tənqidə görə həmən insanın üstünə gedib müharibə etməyək . Bunu dərk etməliyik ki, tənqid yaradıcı insanın el dili ilə desək qamçısıdır.
Sosial şəbəkədə bəzi gənc şairlər və şairələr var ki, uzun illərdir qruplaşma yaradıb ayrı-seçkilik edirlər.Bu təcili aradan qalxmalıdır.Baxırsan ki, bir gənc şairə və ya şairdi sosial şəbəkəyə daxil olur sənin profilni görür sözü bir az səninlə tərs gələn kimi başlıyır ki ” əşşi sən nə şeir yazırsan ki “? Soruşurşan ki bəs filankəs mənim hansı şeirimi oxumsan ki, bu qənaətə gəlmisən ?Və ya ən son hansı şeirimi oxuyub mütaliə etmisən? Cavabında gözlərini döyür.Bu ədəbiyyatı və gənc yaradıcı insanları geri salmaqdan başqa bir şey deyil.
Məqalənin sonunda onu da qeyd edim ki, məqalədə sərgilənən fikirlər şəxsən subyektiv düşüncələrimdir.İnşallah bu məqalənin ikinci hissəsində son iyirmi ilin müasir yazarları, şairləri ilə əsrin əvvəllərində ədəbiyyatda iz qoymuş dahi şəxsiyyətlərin qələmlərindəki bənzərlik haqqında son illərin heç tarixə iz salmış şeirlerdən geridə qalmadığını mütaliə və müzakirə edəcəyik.
Fikirlərimə Ədəbiyyat və Poeziya haqqında düşüncələrimə qatılmaq və ya irad bildirmək istəyən kəslər şərh bölməsində fikirlərimi müzakirə edə bilərlər.Uğurlar diliyirəm yolu sözdən keçən, sözə xidmət edən hər kəsə…
Sevgiylə qalın.

Emin Süleymanov

03.22.2020.

Share: