Xatirənin həyat yoldaşı danışdı: “Ona nə lazım olubsa…” – Video

Ötən gün “Yaşıl teatr”da müğənni Xatirə İslamın konsertinə həyat yoldaşı Fəxrəddin bəylə oğlu Emil də qatılıb.

Müstəqil.Azın məlumatına görə, ifaçının həyat yoldaşı konsertdən öncə xanımına uğurlar arzulayıb: “Səhər yağış yağırdı. Şükürlər olsun ki, artıq yağış kəsib. Əsas odur ki, açıq havada yağış narahatlıq yaratmasın, qalan şeylər öz yolunda olacaq. Xatirəyə dəstəyəm.

Hər zaman ona nə lazım olubsa, dəstək olmağa çalışmışam. Xatirənin repertuarında qulaq asdığım mahnıları var. Yeni mahnılar yazdıran zaman məsləhətləşmələrimiz də olur”.

Xatirə İslam 2012-ci ildə ailə qurub. Cütlüyün bu evlilikdən bir oğlu var.


Müəllif: Yalçın Uğur

Share: