Özbəkistanda yerli QHT-lər və Azərbaycan diasporu ilə görüşlər keçirilib

Özbəkistanda yerli QHT-lər və Azərbaycan diasporu ilə görüşlər keçirilib

2025-ci ilin noyabr ayında Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin və humanitar əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Səmərqənd və Buxara şəhərlərində bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri ilə görüşərək iki ölkə arasında humanitar, mədəni və ictimai əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə edib.

Görüşlər zamanı Azərbaycan və Özbəkistan xalqları arasında tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlər qarşılıqlı anlaşmanın və tərəfdaşlığın gücləndirilməsi baxımından səmərəli qiymətləndirilib və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı razılıq ifadə olunub.

Share: