“Azərbaycan Mədəniyyət Səfirləri”Assosiasiyasının təsis yığıncağı keçirilib. Yeniqurumun təsisçiləri mədəniyyət sahəsində fəaliyyətgöstərən nüfuzlu qeyri-hökumət təşkilatlarıdır: “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, “Turan” Türk Xalqlarının Mədəniyyətinin İnkişafınaDəstək İctimai Birliyi, “İz Mədəniyyətin İnkişafınaDəstək” İctimai Birliyi, “Azərbaycan millikulinariyasının araşdırılması, təbliği və dünyayainteqrasiyası” İctimai Birliyi və “Mirvarid DilbaziPoeziya Məclisi” İctimai Birliyi.
Assosiasiyanın yaradılmasında əsas məqsədAzərbaycanın zəngin maddi və qeyri-maddi mədəniirsinin qorunması, milli ədəbiyyatın, musiqinin, poeziyanın, xalq sənətkarlığının, milli kulinariyanınvə türk xalqlarının ortaq mədəni irsinin ölkədaxilində və beynəlxalq aləmdə daha geniş təbliği, mədəni diplomatiyanın inkişaf etdirilməsi, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlararasında əməkdaşlığın gücləndirilməsi vəAzərbaycanın mədəni irsinin qlobal miqyasdatanıdılmasına töhfə verməkdir.
Assosiasiya Azərbaycan mədəniyyətininbeynəlxalq platformalarda tanıdılması məqsədilə“Mədəniyyət günləri“, beynəlxalq festivallar, sərgilər, ədəbi-bədii tədbirlər və yaradıcılıqlayihələrinin təşkilinə xüsusi önəm verməyi nəzərdətutur.
Assosiasiya nizamnaməsinə uyğun olaraq tarixi-mədəni irsin qorunması və bərpası, millikulinariyanın elmi əsaslarla araşdırılması, mədəniirsin rəqəmsallaşdırılması, milli musiqinin, kəlağayıda daxil olmaqla milli geyimlərin, xalq tətbiqi sənətinümunələrinin və digər qeyri-maddi mədəni irselementlərinin təbliği istiqamətində layihələr həyatakeçirəcək.
Assosiasiya öz fəaliyyətində UNESCO, ICESCO və digər beynəlxalq təşkilatlar, xarici ölkələrinmədəniyyət mərkəzləri, ali təhsil müəssisələri, yaradıcı birliklər və dövlət qurumları iləəməkdaşlığın genişləndirilməsini, beynəlxalq mədənidialoqun inkişafını və Azərbaycanın mədəniyyətinindünyada daha geniş tanıdılmasını prioritetistiqamətlər kimi müəyyən edib.
Təsis yığıncağında Assosiasiyanın Nizamnaməsitəsdiq olunub, idarəetmə orqanları formalaşdırılıb və“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyininsədri Şəhla Nağıyeva üç il müddətinə “AzərbaycanMədəniyyət Səfirləri” Assosiasiyasının prezidentiseçilib.






















