Mərkəzi Elmi Kitabxanada tanınmış yazıçı və şairSeyran Səxavətlə görüş keçirildi

Mərkəzi Elmi Kitabxanada tanınmış yazıçı və şairSeyran Səxavətlə görüş keçirildi

Azərbaycan ədəbiyyatının tanınmışnümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist tərcüməçi Seyran Səxavətin 80 illikyubileyi münasibətilə Azərbaycan Milli ElmlərAkademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib.

AMEA Nizami Gəncəviadına Ədəbiyyat İnstitutu ilə birgə keçirilən tədbirkitabxananın Şuşa zalında təşkil olunub. TədbirdəAzərbaycan ədəbiyyatı elm ictimaiyyətininnümayəndələri, oxucular, eləcə kütləvi informasiyavasitələrinin təmsilçiləri iştirak ediblər. Görüşçərçivəsində müəllifin müxtəlif illərdə nəşr olunmuşkitablarından ibarət sərgi təşkil olunub. yubilyarınhəyat yaradıcılıq yoluna həsr olunmuş videoçarxnümayiş etdirilib.

Görüşdə çıxış edən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktorutexnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrədirektor müavini, filologiya elmləri doktoru MehmanHəsənli, filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçiNərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiya elektron xidmətlər üzrə direktor müavini, tarix üzrəfəlsəfə doktoru Oruc Quliyev yazıçının zənginyaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyitöhfələr əsərlərində əks olunan humanizm, realizm dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərinibölüşüblər.

Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasirAzərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət zamanın çağırışları bədii şəkildə olmaqlayanaşı, axıcı dillə əksini tapır bu xüsusiyyətlər onunəsərlərinə geniş oxucu marağı qazandırır. Bildirilib ki, müəllifin əsərləri uzun illərdir həm oxucuların, həm ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən yubilyar Seyran Səxavətoxucularla görüşdən məmnunluğunu ifadə edərəkyaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideyaməzmunu ədəbiyyatın cəmiyyətdəki rolu barədəfikirlərini bölüşüb. Yazıçı, həmçinin oxucularla səmimisöhbət aparıb, onların suallarını cavablandırıb yaradıcılıq planlarından danışıb.

MEK əməkdaşı Pərvanə Bayramqızınınmoderatorluğu ilə keçirilən tədbirin sonundaiştirakçılar Seyran Səxavəti 80 illik yubileyimünasibətilə təbrik edib, ona möhkəm cansağlığı yeni yaradıcılıq uğurları arzulayıblar.

Share: