Cahangir NAMAZOVun “QIRIQ SƏTRLƏR” -i

Cahangir NAMAZOVun “QIRIQ SƏTRLƏR” -i

QIRIQ SƏTRLƏR

Daşı qaldırdım —
altı boş idi.
Boşluq necvə də ağırdı

*
Sular axır,
mən də axıram.
Sular dənizə,
mənsə yoxluğa…

*
Bu sözü deyəndə
dilim bala qarışır,
qəlbim xoşbəxtliyə;
ANA!

*
Gecə qar yağdı —
kimsı görmədi.
Səhər —dünya ağappaq idi.

*
Bahar gəldi,
qışa vida demədi,-
Heç kimdən icazə almadı zaman.

*

Ay çıxdı —
dəniz üzərinə işığını yaydı.
balıqlar işıqdan rahatsız oldu.

Özbək türkcəsindən çevirdi Şahməmməd DAĞLAROĞLU

Share: