Qan və neft çeşmələri -Nurəddin ƏDİLOĞLU yazdı

Qan və neft çeşmələri -Nurəddin ƏDİLOĞLU yazdı

Dəstəmaz eyiədiyin çeşmə müsəlman qanıdır,
Bilmirəm hansı kəlisada nəmaz eyləmisən…
(Şəhriyar)

Şübhəsiz ki, İran da Rusiya kimi ŞƏRƏ xidmət edən dövlətdir. Fəqət Roma Katolik Kilsəsinin başçısı XIV Leonun hələ də başında bir tükü də tərpənmir… Rusiyanın Ukraynada, ABŞ və İsrailin Şərqdə tökdüyü insan qanından həzz almaq məncə, Allaha yox, şeytana xidmət eləməkdir. Bu fikri dinindən asılı olmayaraq bütün siyasət adamlarına, bu və ya digər dövlətlərin liderlərinə şamil edirəm. Günahsız insanların, xususilə körpə uşaqların qətlə yetirilməsi müharibələrdə adi hal alıb. Bu, uşaqlara qarşı müharibədirmi?.. Tutaq ki, İranda qızlar məktəbinin, xəstəxanaların raketlə vurulması, şagird və müəllimlərin həyatlarına son qoyması faktı “təsadüfdür” və ya SEPAHIN sığınacağı olduğu üçün İsrail və ABŞ ordusunun hücumuna məruz qalıb?! Axı təkcə Qəzzada son 4 ildə bütün müharibələrdən daha çox uşaq öldürülüb… Minlərlə uşaq şikəst olub, təxminən 300 -dən çox müəllim öldürülüb. Yüz minlərlə evsiz-eşiksiz qalanlar uçuq məktəblərdən, xəstəxanalrdan sığınacaq kimi istifadə edirlər… Suriyada uşaqların 3 milyonu məktəbə getmir və ya gedə bilmir. Hələ üstəlik ABŞ və İsrail bu gün İranın əli ilə müsəlmanları qətlə yetirmək planlarını da uğurla həyata keçirirlər. Çünki Yaxın Şərq ölkələrindəki ABŞ hərbi bazalarına İranın raket və dron zərbələrindən ölən və yaralananların 90 faizindən çoxu müsəlmanlardır. Suriya, İraq, Misir, Liviya, Əfqanstan kimi İranda da BOMBALANAN BÖYÜK şəhərlər Mədain xarabələrini xatırladır. Şərqdə neft və qan çeşmələri bir-b irinə qarışıb… Vatikan kimi BMT də elə bil ABŞ-la, İsrailinin filialıdır. Bu gün Amerikanın hərbi dəstək verdiyi İsrail dövləti 78 il əvvəl yaransa da özündən çox-çox əvvəl yaranan müsəlman dövlətlərinə meydan oxuyur. Onlardan biri də Türkiyədir…
11 sentyabr 2001-ci ildə Nyu-York şəhərində törədilən “müəmmalı” terror hadisəsi ilə ABŞ-ın əsas diqqətini Şərqə çəkməklə İsrail Yaxın Şərqdə daha da hegemonçuluq, mənəm-mənəmlik “hüququ” qazandı. Maraqlıdır ki, 3 minədək adamın ölümünə bais olan həmin “terror” hadisəsində bir nəfər də yəhudinin barmağı qanamadı. Halbuki Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrində çalışanların çoxu yəhudilər idi…
Və yaxud da bir an təsəvvür edin ki, bu gün Ukrayna ərazisində müharibə aparan Rusiya yox, hər hansı müsəlman dövlətidir. Onda ABŞ-la İsrail kimin tərəfində olardılar? Günah İSLAMDADIRmı? Müsəlman torpaqlarında olan neftdədirmi? Axı ABŞ-ın təzavüzü hansı müsəlman dövlətinə sülh gətirib ki? Amerika açıq-aydın xiristian təəssübkeşidir.

 

ABŞ yeganə dövlətdir ki, 30 il ərzində Qarabağda Azərbaycanın tarixi və dini abidələrini yerlə yeksan edən qondarma “Dağlıq Qarabağ Respublikası”na, yəni ermənilərə maliyyə dəstəyi göstərdi… Bir sözlə, Ağ ev Osmanlı dövləti dağılandan sonra 20-ci əsrin 2-ci yarısından başlayaraq, anti-islam siyasəti yürüdür. Suriyada, İraqda, hətta Türkiyədə bütün separatçı, terrorçu qüvvələri də dəstəkəyən məhz Amerikadır. Əfqanıstan, İraq, Liviya, Suriya, Yəməndə baş verən iğtişaşlar ABŞ və Qərb dövlətlərinin siyasətinin bəhrəsi olub… Axı İranda molla rejimini yardan da elə QƏRB siyasətidir… Amma İsrail, ABŞ müdaxilə etməsə belə, İRAN gec-tez molla rejimindən özü əl çəkəcək. Bu labüddür. Çünki İranın gələcəyinin yaxşı olacağına bu gün bu ölkədə yaşayan bütün xalqların inamı tükənib…

250 yaşlı qocaman ABŞ -ın 78 yaşlı İsrailin felinə düşməsinə adam mat qalır… Adama elə gəlir ki, ABŞ-ı idarə edən İsraildir… Hər iki dövlət rəsmiləri Türkiyəni də hədəfə alacaqlarını gizlətmir. İranınsa nəinki ABŞ-ın Yaxın Şərqdə yerləşən bazalarını, eləcə də güya İsrailin Azərbaycanda “mövcud olan” bazalarını, üstəlik neft yataqlarını hədəfə aldığı söylənilir. Halbuki Azərbaycan ərazisində heç bir xarici ölkənin, o cümlədən İsrailin silahlı qüvvələri yerləşmir. Təəssüf… Çox təəssüf ki, bu gün dünyada ƏDALƏTSİZ müharibələri durduracaq BMT-nin adı belə kağız üstədir…

Nurəddin Ədiloğlu

Share: