“QURAN VƏ DİNİ PLÜRALİZM” – Ehtiram SEVƏNL yazdı

“QURAN VƏ DİNİ PLÜRALİZM” – Ehtiram SEVƏNL yazdı

 Müstəqil.Az AYB və AJB üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru İLQAR İSMAYILZADƏNİN ” QURAN və DİNİ PLÜRALİZM” kitabı haqda  EHTİRAM SEVƏNLİnin yazısını təqdim edir:

Mövzunun problematikası və aktuallığı.

Müasir dünyada dinlərarası münasibətlər,tolerantlıq,multikulturalizm və dini müxtəlifliyin hüquqi-əxlaqi əsaslar qlobal miqyasda ciddi müzakirə mövzusuna çevrilmişdir.Xüsusilə ” dini plüralizm ” anlayışı həm fəlsəfi,həm teoloji həm də siyasi diskurslarda fərqli və bəzən ziddiyətli şəkildə şərh olunur.Bu konteksdə İslamın,daha konkret desək, Qurani — Kərimin dini müxtəlifliyə münasibətlərinin elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır .
İlqar İsmayılzadənin ” Quran və Dini Plüralizm ” adlı əsəri məhz bu mürəkkəb və həssas mövzuya akademik məsuliyyət,teoloji dəqiqlik və müasir düşüncə üslubu ilə yanaşan nadir tədqiqatlardan biridir.Kitab İslamın dini plüralizmə münasibətini nə apologetik müdafiə ,nə də radikal inkar mövqeyindən təqdim edir ;əksinə Quran mətninı əsaslanan analtik və balanslı yanaşma ortaya qoyur.

1. Dini plüralizm anlayışı və nəzəri çərçivə.

İlqar İsmayılzadə kitabın ilkin bölmələrində ” dini plüralizm ” anlayışının fəlsəfi və teoloji mənşəyini aydınlaşdırır.Müəllif xüsusilə Qərb dini fəlsəfəsində formalaşmış üç əsas yanaşmanı fərqlındirir :
1. Eksklüzivizm — yalnız bir dinin həqiqət iddiasını qəbul edən yanaşma.
2. İnklüzivizm –bir dinin mərkəzi həqiqətini saxlayaraq digərlərinə qismən nicat imkanı tanıyan mövqe.
3. Plüralizm –müxtəlif dinlərin həqiqətə bərabər yollar olduğunu iddia edən baxış.
Bu təsnifat əsasında müəlkif əsas sualı formalaşdırır :
Quran hansı mövqeyə yaxındır və ümumiyyətlə , Qurani — Kərimi dini plüralizm ideologiyası ilə eyniləşdirmək mümkündürmü ?

2. Quran mətninə əsaslanan analtik yanaşma.

Kitabın əsa elmi yükü Qurani -Kərim ayələrinin sistemli təhlili üzərində qurulub .İlqar İsmayılzadə ayələri konteksdən çıxarmadan ,nüzul səbəblərini,dil xüsusiyyətlərini və klassik təfsir ənənəsini nəzərə alaraq şərh edir.
Müəllif xüsusilə aşağıdakı ayə qruplarına diqqət yetirir :
* Dini müxtəlifliyin ilahi iradə kimi təqdim olunduğu ayəlır.
( ” Əgər Rəbbim istəsəydi,insanları tək bir ümmət edərdi…” )
* Azad inanc prinsipini təsbit edən ayələr.
( ” Dində məcburiyyət yoxdur ” … )
* Digər din ardıcıllarına münasibəti tənzimləyən ayələr .
( ” Kitab əhli ilə ən gözəl şəkildə mübahisə edin …” )
Bu ayələr əsasında müəllif belə bir nəticəyə gəlir :
Quran sosioloji və hüquqi plüralizmi qəbul edir , lakin teoloji relativizmi qəbul etmir.

3. Quran və plüralizm :

fərqləndirici mövqe.
İlqar İsmayılzadənin kitabının ən mühüm elmi tezisi məhz burada formalaşır.Müəllif açıq şəkildə göstərir ki :
* Quran müxtəlif dinlərin mövcudluğunu tanıyır ;
* digər dinlərin nümayəndəlıri ilə dinc və ədaləti birgəyaşayışı təsvir edir ;
* lakin bütün dinlərin eyni teoloji həqiqəti ifadə etdiyini iddia etmir.
Bu yanaşma ilə müəllif Quranı nə radikal eksklüzivizmə,nə də modernist plüralizm ideologiyasına zorla uyğunlaşdırmır.Əksinə,Quranın özünə məxsus mövqeyini ortaya qoyur və bunu ” Quranı mərkəzi inklüzivlik ” kimi izah etmək olar.

4. İslam teologiyası və müasir çağırışlar .

Kitabın ümumi cəhətlərindən biri onun yalnız klassik mətn təhlili ilə kifayətlınməməsidir.İlüar İsmayılzadə müasir dünyada :
* dini ekstremizm,
* islamafobiya,
* multikultural cəmiyyətlırdə hüquqi münasibətlər kimi problemləri Quran perspektivindən dəyərləndirir.
Müəllif göstərir ki, Qurani -Kərimin düzgün anlaşılması :
* dini zorakılığın teoloji əsaslarını zəiflədir,
* tolerantlığı passiv dözümlülük yox,ədalət əsaslı birgə yaşayış kimi təqdim edir,
* islamın qapalı və monolit din kimi təqdim olunmasına qarşı elmi arqument yaradır.

5. Dil,üslub və elmi metod.

Kitabın dili akademikdir,lakin ağır terminoloji yüklə oxucunu uzaqlaşdırmır.
Müəllif :
* klassik islamı terminləri qoruyur,
* müasir fəlsəfi anlayışlarla əlaqələndirir,
* polemikadan çox arqumentativ üsluba üstünlük verir.
Bu isə əsəri həm ilahiyyatçılar , həm də din fəlsəfəsi ilə maraqlanan hüquqşünas və sosioloqlar üçün faydalı edir.

6. Dini plüralizm və həqiaət problemi : Qurani baxışın fəlsəfi oxunuşu.

İlqar İsmayılzadənin kitabında diqdət çəkən əsas fəlsəfi problem “həqiqətin çoxluğu ” məsələsidir .Müasir dini plüralizm nəzəriyyələri əsasən belə bir tezis irəli sürür. :
müxtəlif dinlər eyni mütləq həqiqətin fərqli təzahürləridir.
Müəllif Qurani – Kərimi bu tezis konteksində təhlil edərək göstərir ki,Quran ontoloji həqiqətin çoxluğunu
deyil,sosioloji və tarixi müxtəlifliyi qəbul edir.Başqa sözlə desək ,insanlar müxtəlif dinlərə mənsub ola bilərlər,lakin bu,bütün inanc sistemlərinin eyni həqiqət statusuna malik olması deyil.

7.Bu yanaşma Quranın :

* vahid həqiqət iddiasını qorumasına,
* eyni zamanda insan azadlığını və məsuliyyətini tanımasına imkan ysradır.
İlqar İsmayılzadə bu məqamda dini plüralizmi metafizik versiyası ilə Quranı baxış arasında prinsipial epistemoloji fərq olduğunu əsaslandırır .

8. Nicat ( xilas ) anlayışı və dinlərarası münasibətlər.

Kitabın incə və mühüm məqamlarından biri nicat anlayışının Qurani çərçivədə izahıdır.
Müəllif göstərir ki,Quran nicatı yalnız formal dini kimliyə bağlamır.Əksinə, iman,saleh əməl və ilahi ədalət anlayışları ön plana çəkir.

9.Bu konteksdə İlqar İsmayılzadə aşağıdakı məqamlarl vurğulayır :

* Quranda bəzi ayələrdə iman və əməl birlikdə şərt kimi təqdim olunur ;
*Allahın hökmü insanın daxili səmimiyyəti və məsuliyyəti ilə əlaqələndirilir ;
* nicat məsələsi hüquqi deyil,ilahi hikmət çərçivəsində dəyərləndirilir ..
Bu təhlil müəllifə imkan verir ki, Qurani mövqeni nə dar esklüzivizmə , nə də sərhədsiz plüralizmə endirmədən izah etsin.Beləliklə Quranın mövqeyi etik məsuliyyətə əsaslanan teoloji mərkəzçilik kimi təqdim olunur .
Plüralizm,tolerantlıq və relativizm arasındakı sərhəd.
Kitabda xüsusi diqqət yetirilən məsəlılərdən biri də tolerantlıq ilə relativizm arasındakı fərqin aydınlaşdırılmasıdır.İlqar İsmayılzadə vurğulayır ki,Qurani – Kərim :
* tolerantlığı təşviq edir,
* lakin dəyərlərin relativləşdirilməsini qəbul etmir .
Bu nöqtədə müəllif müasir diskursda tez – tez rast gəlinən bir yanlışlığı ifşa edir :tokerantlıq adından həqiqət iddiasından imtina.Qurani baxışda isə tolerantlıq :
* qarşı tərəfin mövcudluğunu tanımaq,
* onun hüquqlarını qorumaq,
* lakin öz inancını prinsipial şəkildə saxlamaq deməkdir.
Bu mövqe multikultural cəmiyyətlır üçün xüsusilə aktualdır və dini kimlikcə vətəndaş məsuliyyəti arasında sağlam balans yaradır .

10. Quran və multikulturalizm :

normativ model.
İlqar İsmayılzadənin kitabında Quran yalnız teoloji mətn kimi deyil,sosial- normativ mənbə kimi də təhlil olunur.
Müəllif göstərir ki,Quran :
* müxtəlif inanc qruplarının birgəyaşayışını mümkün sayır,
* hüquqi və əxlaqi çərçivələr müəyyənləşdirir,
* zorakılıq və məcburiyyətin dini əsaslarını rədd edir.
Bu baxımdan Quran modeli :
* liberal sekulyar prüralizimdən fərqli olaraq dəyərlərə əsaslanır .
* teokratik monizmə qarşı olaraq azadlığı qoruyur.
Beləliklə ,kitabda Quranın təqdim etdiyi model dəyərlərə söykənən çoxtərəfli birlik kimi şərh olunur .

11. Azərbaycan konteksində əsərin əhəmiyyəti.

Kitabın xüsisi əhəmiyyət kəsb etdiyi sahələrdən biri də onun Azərbaycan multikultural modeli ilə səsləşməsidir.İlqar İsmayılzadənin yanaşması :
* dini müxtəlifliyi təhlükə deyil,məsuliyyət kimi dəyərləndirir,
* İslamın Azərbaycan cəmiyyətində tolerantlıq ənənəsi ilə uzlaşdığını göstərir ,
* dini biliklərin ideoloji manipulyasiyasından qorunmasına elmi zəmin yaradır .
Bu xüsusiyyət kitabı təkcə akademik yox,ictimai – intellektual dəyərə malik mətnə çevirir .
12. Ümumi nəticə və elmi qiymətləndirmə.
İlqar İsmayılzadənin ” Quran və Dini Plüralizm ” əsəri :
* Qurani-Kərimi müasir dini fəlsəfə prizmaslndan təhlil edən ,
* plüralizm mövzusunda ideoloji yox,mətnmərkəzli yanaşma ortaya qoyan,
* İslamın həm prinsipial ,həm də açıq tərəflərini balanslı şəkildə təqdim edən fundamental elmi tədqiqatdır.Bu əsər göstərir ki :
Quran :
* nə teoloji relativizmi qəbul edir,
* nə də dini zorakılığı kegitimləşdirir,
* əksinə,ədalət,azadlıq və məsuliyyət üzərində qurulan dini dünyagörnüş təklif edir.
Müəllif haqqında yekun qiymətləndirmə.
İlqar İsmayılzadə bu əsəri ilə Azərbaycan ilahiyyat və dini fəlsəfəsi mühitində məsuliyyətli elmi mövqe nümayiş etdigən təhqiqatçı obrazını bir daha təsdiqləyir .Onun yanaşmasında nə emosional apolodetika,nə də modernist güzəştkarlıq üstünlük təşkil edir.
Onun əsərində hiss olunan əsas xüsusiyyətlər bunlardır :
* konseptual düşüncə,
* terminoloji dəqiqlik,
* etik məsuliyyət,
* və ən əsası ,mətnə hörmət.
Bu xüsusiyyətlər ” Quran və Pleralizm ” kitabını təkcə bir tədqiqat deyil,elmi mövqe bəyanatı səviyyəsinə yüksəldir.
Bu kitab bir daha göstərir ki,Quran :
* nə qapalıdır,
* nə sərhədsizdir,
* nə də susqundur.
O,danışır,amma məsuliyyətlə ; çağırır,amma məcbur etmir; həqiqəti qoruyur,amma insanı inkar etmir .
İlüar İsmayılzadə isə bu səsi oxucuya təhrif etmədən elmi dürüstlüklə və intellektual vicdanla çatdırmağı bacaran müəlliflərdəndir .
EHTİRAM SEVƏNLİ
” Qızıl Qələm ” Media Mükafatı və
” Həməşəra ” Fəxri Diplomu
laureatı
( yazıçı, şair-publisist )
Share: