Rasif İMANOĞLUnun tam ciddi YARIZARAFATları
(ONLUQLAR)
1.Yer var, orada yaş, yer var, baş öz sözünü deyir.
2.Uşaq kimi sevinə bilənlər gec qocalırlar.
3.Yaxşı ilə pisi ayıra bilməyənə yaxşı heç nə etibar etmək olmaz.
4.Özünü apara bilməyənlərin heç biri aparıcı deyil.
5.Hətta rəssamın da həyatına rəng qatması üçün maddi imkanı olmalıdır.
6.Nakişiləri bağışlamağa borcluyuq ki?
7.Oxuya bilən üçün hər birimiz bir kitabıq.
8.Qarşıma yaxşı adam çıxmayana kimi mən də elə bilirdim ki, məndən yaxşısı yoxdur.
9.Səhvlərim məndən intiqam alır. Alınası başqa nəyim var ki?
10.Vəzifə stulunda nə varsa, hər oturan səhv etmədiyini düşünür. Başa salmaq da olmur.
Rasif İMANOĞLU
31.01.2026



















