Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya

Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyatİnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsaHəbibbəyli araq görkəmli elm xadimi ArazDadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəminətoxunaraq qeyd edib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla PənahVaqifə, Qarabağ ədəbi mühütinə, onun görkəmlisimalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağınişğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıqkəsb edir və bugünki nəsillər üçün də o tədqiqatlarınböyük əhəmiyyəti vardır.

Akademik İsa Həbibbəyli bildirib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Diqqətə çatdırıb ki, Araz Dadaşzadənin XVIII əsr Azərbaycan lirikası adlı kitabı ölkəmizdə birepoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoymuşdur. O, Vaqifin bütöv obrazını yaratmışdır. Təkcə Vaqif deyil, o dövrün digər sənətkarlarının yalnız nikbin cəhətlərini qeyd etməklə yox, onların tənqidi realizmə əsaslanan fikirlərini, faciəvi məqamlarını, onların yaradıcılıqlarının bütün mənzərəsini ədəbiyyatda əks etdirməklə qiymətləndirməsini ortaya qoyub. Sovet ədəbiyyatının əsas prinsiplərindən biri tarixi nikbinlik prinsipi idi. Sovet ədəbiyyatı əsas istismarçı zümrələr kimi gördüyü bəy-xanları, bir sözlə, keçmişi tənqid etməyə köklənmişdi. Tənqidi prinsip, tarixi nikbinlik prinsipi sosializm yaradıcılığına uyğun  gəlirdi. Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarmışdır”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Akademik İsa Həbibbəyli Araz Dadaşzadənin ensiklopedik fəaliyyətinə də toxunaraq bildirib ki, alimin bu istiqamətdə də diqqətəlayiq fəaliyyəti olmuşdur. O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçmiş və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediyasahəsində də əməli xidmət göstərmişdir.

Sonra Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Araz Dadaşzadənin Vaqif dünyası”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Araz Dadaşzadə XVII-XVIII əsrlər Azərbaycan lirikasının tədqiqatçısı kimi”, filologiya üzrə fəlsəfə doktoru Fidan Əlizadə “Professor Araz Dadaşzadə Molla Pənah Vaqif yaradıcılığı haqqında” məruzələri ilə çıxış ediblər.

Vaqif Yusifli məruzəsində vurğulayıb ki, “Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər…

Araz Dadaşzadənin Vaqif yaradıcılığı ilə bağlı fikir və mülahizələri onun mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu, bu sahədə ustadları olan Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər yolunu davam etdirdiyini göstərir…”

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxışında yubilayrın sənətşünaslıq sahəsində böyük nailiyyətlərə məxsus şəxs olduğunu vurğulayıb. Bununla yanaşı, elm aləminə Molla Pənah Vaqifin tədqiqatçısı kimi daxil olduğunu da xatırladıb. Vaqifşünaslıq sahəsində fundamental əsərin müəllifi olduğunu diqqətə çatdırıb.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək tədqiqatçı-alimin ədəbi araşdırmaçılıq fəaliyyətindən söhbət açıb. O qeyd edibki, Araz Dadaşzadə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şakir Şirvani kimi ədiblərimizin yaradıcılığı barədə ciddi tədqiqatlar ortaya qoymuşdur və ədəbiyyatşünaslıq və tənqid sahəsinə böyük xidmətlərgöstərmişdir.

Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru Zümrüd Dadaşzadə çıxış edərək bildirib ki,fundamentallıq, əsaslılıq, hər şeyin mahiyyətinə varmaq ədəbiyyatşünas-alim Araz Dadaşzadənin yaradcılığına xas olan ən ümdə keyfiyyətlərdən biri idi. O, hər sözün üzərində sanki əsirdi və bu keyfiyyətini övladlarına da ötürmüşdü. Onun ən vacib xüsusiyyətlərindən biri sistemləşdirməyi bacarmaq idi. Hər bir işində, elmi yaradıcılığında ən xırda detalları belə nəzərə alır və onları sistemləşdirirdi.

Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Share: