Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi – Foto

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi – Foto

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Müstəqil.Az bildirir ki, Sabunçu rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Saxlanılan E.Ağayevin H.Ağayevanın oğlu olduğu bildirilir.

Trend-in yazdığına görə, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. İddialara görə, Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emil Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

Share: