Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin İrandakı vəziyyət və Rusiya ilə ABŞ arasında danışıqlarla bağlı proqnozu ortaya çıxıb.
Müstəqil.Az Axar.az -a istinadla xəbər verir ki, Jirinovski Rusiya siyasi tok-şousunda İrana hücum ediləcəyini və bundan sonra Rusiya və ABŞ-ın dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını açıqlayıb.
“Onlar zərbə endirəcəklər – Amerika gəmiləri artıq İran sahillərinə doğru hərəkət edir, siz bunu görmürsünüz. İrana hücumdan sonra milyonlarla qaçqın olacaq və sonra bizim və Amerikanın prezidenti Soçidə oturub razılığa gələcəklər – Yaltanın (1945-ci il Yalta Konfransı – red.) yerinə Soçi olacaq”, – Jirinovski deyib.
Qeyd edək ki, Jirinovskinin bir çox siyasi proqnozu özünü doğruldub.






















