Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış yazıçı, şair, professor Solmaz Amanova kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni yazıdığı “Narmis və Tacşir”elektron kitabla bağlı videoçarxlar təqdim etdi.
Birinci videoçarx “Narmis və Tacşir” yeni elektron kitab haqqında məlumat uşaqların marağına səbəb ola biləcək şəkildə rəngli animasiyalarla hazırlanıb.
İkinci videoçarxda yazıçının “Narmis və Tacşir” elektron kitabı nümayiş olunur. Kitabda 45 nağıl var. “Narmis və Tacşir” kitabı yüksək keyfiyyətli rəsmləri, zövqlü dizaynı, ibrətamiz hekayələri ilə seçilir və uşaqları maraqlı nağıllar dünyasına aparır.
















