Mübariz Mənsimovla bağlı BƏYANAT

Mübariz Mənsimovla bağlı BƏYANAT

Müstəqil.Az Palmali Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Fidan Quliyeva son vaxtlar şirkətin idarə heyətinin sədri, Mübariz Qurban oğlu Mənsimovla bağlı qərəzli və xüsusi tapşırıqla yazılan yazılara münasibətini verdiyi  bəyanatla cavab verib:

Həftə sonu bəzi kütləvi informasiya vasitələrində Palmali Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimovla bağlı əsassız, həqiqətə uyğun olmayan və sensasiya xarakterli məlumatlar yayılıb.
Fidan Guliyeva
Palmali Şirkətlər Qrupu bildirir ki, yayılan bu məlumatlar reallığı əks etdirmir. Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb. O, Ramiz Mehdiyevi yalnız Prezident Administrasiyasında vəzifə tutmuş şəxs kimi tanıyıb. Bunun xaricində tərəflər arasında hər hansı bir görüş, işgüzar əməkdaşlıq və ya əlaqə baş verməyib.
Palmali Şirkətlər Qrupu olaraq qəti şəkildə bildiririk ki, yayılan bu məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur və bunlar tamamilə yalandır.
Qeyd olunan məlumatlar ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır. Palmali Şirkətlər Qrupu media nümayəndələrini bu cür xəbərləri yayarkən dəqiqlik, obyektivlik və peşə etikası prinsiplərinə riayət etməyə çağırır.
Dəqiqləşdirilməmiş və əsassız məlumatların yayılması davam edəcəyi təqdirdə, Palmali Şirkətlər Qrupu məsələyə hüquqi müstəvidə baxılması üçün müvafiq addımlar atmaq hüququnu özündə saxlayır
Share: