Şirvan şəhərində, məhkəmələrin birində hakim işləyən eloğlumla əyləşib nahar edirdik. Telefonuma zəng gəldi. Baxıb gördüm ki, Sumqayıt prokurorluğunda böyük prokuror işləyən bir elqızımdır. Telefonu açıb slam verdim. Söylədi ki, oğlunun avtomobilini Ağsu rayonundakı postlardan birində saxlayıb avtomobilini cərimə meydançasına aparıblar. Xahiş etdi ki, Ağsunun o vaxtkı prokurorundan xahiş edim ki, oğluna avtomobilini cərimə meydançasından çıxarmağa kömək etsin. Çox keçmədi ki, xahişimiz müsbət nəticələndi…
O, qürurlu, özünə inamlı və nüfuzlu xarakteri ilə seçilir. Punktual, çevik və bacarıqlı insandır. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağı bacarır. Ünsiyyətdə mehriban və rahat davrandığı üçün çox yaxşı dostdur. Zəhmətkeş və əzmkardır. Öhdəsinə götürdüyü istənilən işi uğurla başa çatdırır, hətta bu işə gücü çatmasa belə yenə də usanmır, sona qədər gedir. Həqiqət aşiqidir, bu yolda mübarizə aparmaqdan çəkinmir və çox vaxt haqlı çıxır. Təbiətcə utancaq olan bu insan çox vaxt təkliyə üstünlük verir. Düşünməyi çox xoşlayır. Maraqlı insandır, daima yeniliklər düşünüb həyata keçirir. Seçimində heç vaxt yanılmır…
Söhbət ölkəmizin bir sıra rayonlarının prokuroru olmuş Abisalam Heydərovdan gedir. O, 1957-ci ilin dekabr ayının 9-da Yardımlı rayonunun Hamarkənd kəndində dünyaya gəlib. Atası Tərxan kişi rayonun ən savadlı feldşerlərindən biri kimi ad qazanmışdı. Bəli, çox insanların şəfa tapmasında onun da zəhməti var. Abisalam orta məktəbi doğma yurdda bitirdikdən sonra indiki BDU-nun hüquq fakultəsini bitirib. Elə o vaxtdan da təqaüdə çıxanadək prokurorluq orqanlarında çalışıb. Hazırda vəkil kimi fəaliyyətini davam etdirir. Respublika Hakimlər Kollegiyasının üzvüdür…
…Qazaxda prokuror işləyəndə bir dəfə də ondan xahişim olmuşdu. Qazaxlı dostlarımdan biri ilə əlaqədar bu xahişəmə də biganə qalmayaraq köməyini əsirgəməmişdi…
Optimist və müsbət düşüncəli insandır. Həyatın çətinliklərinə baxmayaraq, həmişə işıq və ümid axtarır. Onun pozitivliyi ətrafdakılara da təsir edir və insanları ruhlandırır. Səmimi və açıq ürəklidir. O, dostluqda və münasibətlərdə çox dürüstdür, necə deyərlər, sözünün arxasında dururmağı bacarır. Yalanı və hiyləgərliyi sevmir. Azadlıqsevər adamdır. Onun əsas xüsusiyyətlərindən biri də azadlığa olan sevgisidir. O, öz ideyalarını sərbəst ifadə etmək və həyatını öz seçimi ilə yaşamağı xoşlayır. Bir az da macərapərəstdir. Yeni yerlər kəşf etmək, fərqli təcrübələr yaşamaq və həyatın bütün rənglərini görməyə can atır, rutindən qaçmağa çalışır. Zəkalı və biliklidir. Bilik əldə etmək həvəsi, onu fəlsəfə, din, təhsil sahələrində maraqlı göstərir. Həyatın mənası, məzmunu onun diqqət mərkəzindədir. Açıq fikirli insandır, yeni insanlarla asan ünsiyyət qurura bilir və sosial çevrədə həmişə rahatdır…
Bəli, haqqında söhbət açdığım Abisalam Heydərov məhz sadaladığım müsbət xüsusiyyətlərinə görə həm el-obada və həm də tanıyanları arasında hörmət qazanan kişilərdəndir. Dekabrın 9-u onun növbəti ad günüdür. Bu dəfə 68 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
















