Arzu ADA: Yalnızların yazdıgı Qan olur, qada olur Sığındığı limanlar Tək tənha ada olur

Arzu ADA: Yalnızların yazdıgı Qan olur, qada olur Sığındığı limanlar Tək tənha ada olur

Biri var, birisi var
Gedim, qalım, ay adam .
Dərd məni edam etdi
Yerin məlum, ay adam .

Ev tikirsən, göndərim 
Hörgüdə daşım olsun.
Yeyib bitirdin məni
Ye,  haram xoşun olsun ..

*******

Yalnızların yazdıgı
Qan olur, qada olur
Sığındığı limanlar
Tək tənha ada olur .

Adanı ovuc-ovuc
Su yeyir, ada bilmir
Dənizi ürəyindən
Ha sökür, ata bilmir .
*****
Gördüm başıma gələn
Xəyanətin dadını
Fərqi nə qələm olsun
Ya da meşə odunu

İçim giley alanı 
Bogazacan doluyam
Mən yerlərdə Allahın
Sınaq “poliqonuyam”

*****

Bir gün qapın döyülə
Açasan ki bir dəli
Baxasan dönüb gəlib .
Basdırdıgın o ölü..

Qapını baglayasan
Başın anidən çönə
Səhərəcən yalvara
Gəldiyi yerə dönə …

*****

Neynirəm o gecəni
Ayı,  ulduzu yoxdu
Baxdım alın yazıma 
Sən addı yazı yoxdu .

Bura bir not qoymuşdum .
Süpürgəçi süpürdü..
O qız  məni sevirdi ,
Hansı zalım götürdü.

*****

Min şeir yaz, not köçür
Bu dünya sözə gəlməz .
Yellən, şellən dar agacı
Daha dünya düzəlməz .

Hissim canı burnunda..
Sözüm tör-töküntüdür
Gözlə, dünya düzələr ..
Düzəlməz, söküntüdür.

*****

Mən getdim,  nöqtələr qoy ..
Ümidə , xəyallara
Hələ baş sındırarsan
Cavabsız suallara..

Min ildir bax gözləyir
İçi bom-boş o qəbir
Qəbirdən də o yana..
Hələ yol var … ya səbir 

Share: