Gəncədə 394 minlik tenderi – 10 manatlıq şirkət qalib oldu

Gəncədə 394 minlik tenderi – 10 manatlıq şirkət qalib oldu

Müstəqil.Az 32gun.az -a istinadla xəbər verir ki, qurum şirkətlə 394.609,96 manat dəyərində müqavilə bağlamağa hazırlaşır.

Satınalma çərçivəsində avtomobillər üçün qabaq faralar, arxa stop-faralar, ayna silən şotku və motoru, qabaq stupiça, qabaq ox şkvornu palesi, eninə tyaqa, tyaqanın nakoneçniki, natyajnoy rolik, mühərrikin və kompressorun qayışları, termostat, qabaq və arxa əyləc barabanları, əyləc baçoku və sairə ehtiyat hissələri alınacaq.

Diqqət çəkən məqam isə qalib şirkətin nizamnamə kapitalının cəmi 10 manat olmasıdır. “International Pipeline Support” MMC-nin qanuni təmsilçisi Raqib Dadaşov Bulud oğludur.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.

Bu tender şəhərin kommunal və nəqliyyat texnikasının təmiri üçün böyük əhəmiyyət daşıyır və qalib şirkətin kiçik nizamnamə kapitalına baxmayaraq bu qədər iri həcmli satınalmanı icra etməsi suallar doğurur.

Müstəqil.Az

mənbə: 32gun.az

Share: