Afiq Göyçəli: Öpdüm o yerləri, qərib ölkəmi, Uzaqda Vətəni daha da sevdim

Afiq Göyçəli: Öpdüm o yerləri, qərib ölkəmi,  Uzaqda Vətəni daha da sevdim

Uzaqda Vətəni daha da sevdim

Min həsrət nazını çəkirəm çoxdan,
Bu quş ürəyimə,od vurub oxdan.
İcimdə becərib nisgili yoxdan,
Mən yurdu ucuz yox,bahada sevdim.
Uzaqda Vətəni daha da sevdim.
.
Heyif zamanənin felinə uydum,
Qürbəti qucağa,sıxdıqca duydum.
Özümü,özümdən qırağa qoydum,
.Mən yurdu ucuz yox, bahada sevdim.
Uzaqda Vətəni daha da sevdim.
Şəkilin açıqlaması yoxdur.
Hopdurdu canıma ayrılıq qəmi,
Götürə bilmədi yükümü gəmi.
Öpdüm o yerləri, qərib ölkəmi,
Mən yurdu ucuz yox, bahada sevdim.
Uzaqda Vətəni daha da sevdim.
.
Görsətdi həyatın cığal işini,
Saldı illərimə balta dişini.
Afiqdə naziltdi qaynar şişini,
Mən yurdu ucuz yox,bahada sevdim.
Uzaqda Vətəni daha da sevdim.
19.11.25.

 Göyçənin Göyçəyi  Pəmbək kəndi

Necə də xoş idin necə də şirin ,
Bu eldən-obadan yox idi sirrin.
Var idi Ocağın,var idi Pirin,
Könül tellərinin bərəsi bəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Cənnət məkanıydı hər yerin sənin,
Ruha zövq verirdi gülün gülşənin.
Yayın zinətiydi yağışın,çənin,
Ağızın şəkəri şərbəti qəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi .
.
Yaddaşı tərk etmir dənizin, gölün,
Canavar dəliyin Seloyun, çölün.
Dirin çıxıb getdi tək qaldı ölün,
Sinənə dağ çəkdi fələyin fəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Nədən danışasan nədən deyəsən,
Nəyi unudasan nəyi öyəsən.
Siqa balığından nə cür yeyəsən,
Bu yerlər göz yaşı su tək içəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Çellidən bu yanın nəm dəryasıdır,
Klub-xırman küçə,dövrün yaşıdır.
İndi hər tərəfin kədər yasıdır,
Heyif künç-bucağın qan içəndədi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
Şəkilin açıqlaması yoxdur.
.
Məktəbin yolları titrədir dili,
Qələm yaza bilmir otuz beş ili.
Ağardıb bu yollar çox qara teli,
Kom,Dükan,Tütünlük,təsir edəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Gülüstan bulağın Duzdağın yanı,
Axıdır gözlərdən intizar qanı.
Quzeyin təpəsi Qara qayanı,
Əfsus görmək olmur xatirədəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Durnalar gətirmir xəbər halından,
Zövq ala bilmirik Təkkum, Yalından.
Dadmırıq meyvəndən pendir, balından,
Adın nəsillərdən nəslə köçəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Dağ damın verirdi məhsul hərəsi,
İştaha çəkirdi yağın kərəsi.
Boluydu mal-qaran toyuq,fərəsi,
Ev-eşik bağ-bağçan hüznə bükəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Ağlı-qırmızıydı Lalalı dərən,
Xoşbəxt görünürdü sinəyə sərən.
Bənzərsiz olardı hörükdə hörən,
Indi Lalalığın min dərd əkəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Həmzənin təpəsi Qısırın başı,
Arpalar Arcıdlıq of,dəlik daşı.
Ağbulaq suyunda kabab, bozbaşı,
Sancıb xəncər təki içdən keçəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Çeşməli dağların yandırıb yaxır,
Piyalən,Pirverdi bəbəkdən axır.
Zirvəsi qar Şivrin lal,yetim baxır,
Lələlik Əmrəhməd qəm çəkdirəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Gözəl təbiətin valeh edirdi,
Nərgizli dərənin,nəyiydi dərdi.
Ətrin təravətin,xoş gəzdirərdi,
Arıxlıq kirişdik küsdü,təkləndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
İsgəndərin boynu Sənəmin yurdu,
Bizsiz yetim qaldı kimsəsiz durdu.
Qamətlər əyildi dillər qurudu,
Varlığın yaşatdı qəlbə söykəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Gavırlar suyundan içdi, qudurdu,
Yoxluğun milləti dərindən vurdu.
Adın əzbərləndi həsrətin yordu,
Bu kövrək ayrılıq nə toy,nə şəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi.
.
Doğulduq qoynunda,doya bilmədik,
Gözəl günlərindən uya bilmədik,
Anamız az oldun,duya bilmədik,
Hər guşən Afiqə candı, Vətəndi,
Göyçənin göyçəyi a Pəmbək kəndi .

A kənd uşaqları,kənd uşaqları..

Unutmaq olarmı heç doğma yurdu?
Görən yerimizdə kimlər oturdu?
Görən yenə varmı ,,kart,,vuran ordu?
A kənd uşaqları,kənd uşaqları.
.
Dükanın qabağı,klubun yanı,
Eynimi toplayır pulu sayanı?
Təkrarmı yorurlar qəbri,qayanı?
A kənd uşaqları,kənd uşaqları.
.
Qızlar yığılırmı bulaq başına?
Dodaqlar gülürmü oğlan yaşına?
Çəkin o günləri göz yaddaşına,
A kənd uşaqları,kənd uşaqları.
.
Saxlaya bilmədik yaxşılardan iz,
Korlanıb içimiz Afiq,qəlbimiz.
Heyif doğma əziz,olammadıq biz,
A kənd uşaqları,kənd uşaqları.
 21.11.25.

Pulun varsa şahsan,

Varsa pulun qədərincə öz cibinin şahısan,
Yoxsa qulun qul oğlusan namərdlər işdahısan.
Rəzillərdə say artımı,varlığının ahısan,
Yazıq oldun sən ay bala,bəd günlər sabahısan.
Şəkilin açıqlaması yoxdur.
.
Xoşüzlünü sevmir zaman xasiyyətin dayazsa,
Nədən küsüb inciyəsən tanrı verən pay azsa,
Dövran gözəl yaşadacaq, könlün biraz ayazsa,
Dünya sırtıq meydanıdır,daş qəlbsənsə kahısan.
.
Ayıq sayıq gəz bu çağı əməlinə fikir ver,
Afiq kimi çox inanma hər insana vermə yer.
Hərdən işlət səndə hiylə, əvvəlcədən eylə seyr,
Desələrdə yel küləksən,bic əsirsən gahısan.

Share: