Bakıda restoranın yaxınlığında faciə: 4 nəfər öldü – Adlar

Bakıda restoranın yaxınlığında faciə: 4 nəfər öldü – Adlar

Bakıda restoranda dörd nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Müstəqil.Az  Report-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən bir restoranda baş verib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.

***

 

Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.

Oxu.az xəbər verir ki, faciəli hadisə nəticəsində vəfat edən şəxslər – 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.

Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında baş verib.

Müstəqil.Az

Share: