Gözlənilməyən qətlin izi ilə

Gözlənilməyən qətlin izi ilə

Jurnalist araşdırması və prokurorluğun apardığı İstintaq davam edir

I YAZI

Müstəqil.Az-a Bakı şəhər sakini Muradova Rəna Oleqovnanın şikayət ərizəsi daxil olub.

Ərizədə bacısı Muradova İradə Oleqovnanın qanuni nümayəndəsi olmasından, onun №250096110  cinayət işi üzrə istintaqın düzgün aparılmamsından bəhs edilir.

Rəna xanım ərizəsində bacısının qətl olunmasının və aparılan tədqiqatın müəmmalı qalmasından, bununla bağlı əlaqədar orqanlara  dəfələrlə müraciət etməsinə baxmayaraq, istintaqın gedişində heç bir yeniliyin olmamasından söz açaraq  haqsızlıqlarla üzləşməsini yazır. Şikayət məktubunda özünün, qətlə yetirilən bacısının zərərçəkmiş nümayəndəsi olaraq Yasamal rayon nprakurorluğu tərəfindən tanınmaması da şikayət məktubunda yer alır.

Qətlə yetirilən İradə Muradova

Rəna Muradova Azərbaycan Respublikasının Vitse Prezidenti,  ölkənin birinci xanım Mehriban Əliyevaya ünvanladığı məktubu da redaksiyanın elektron poçtuna göndərdiyi ərizəyə əlavə edib.

O, yazdığı şikayət məktubunda  bacısının 2025-ci il avqustun 23-də bir yerdə işlədiyi Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsini və bu dəhşətli ölüm hadisənin istintaqa məlum olan, lakin qətlin istintaq işinin obyektiv aparılmamasına  olan şübhəsindən bəhs edir. Eymi zamanda ona məlum olmayan səbəblərdən qatilin işinin bilərəkdən yüngülləşdirilməsi üçün bəzi sənədlərin toplanmasından, saxta sənəd və məqsədli şəkildə düzgün olmayan ifadələrin də düzülüb qoşulmasından da narazlığını bildirir və redaksiyadan bütün bunların ictimailəşməsini və əlaqədar təşkilatlara eşitdirilməsini xahiş edir.

İradə Muradovanın amansız ölümünə səbəb nə ola bilər?

 İradə Muradova iki ali təhsilli, 5 dil bilən gənc və perespektivli bir xanım olub. Faciəli surətdə qətlə yetirilənə qədər  Emil Ağacanovun rəhbərlik etdiyi şirkətlərdə çalışıb. Bacısı Rəna xanımın dediklərindən məlum olur ki, mərhum İradə  və onun qatili olan Emil Ağacanov həyatda həm yaxın dost, həm də bir birlərinə qarşı isti və məhrəm münasibətləri olan insanlar olublar.

Emil Ağacanov

Rəna xanım deyir ki, qatilin zəngin həyat tərzinə çatmasında, müxtəlif təyinatlı şirkətlərə sahiblənməkdə  bacısı  İradənin müstəsna xidməti olub. Belə ki, bu ilin avqust ayının 23-də qətlə yetirilən mərhum xanım bir vaxtlar yaxın dostu olan qatilinin biznesinn inkişafı üçün evini və avtomobilini də satıbmış.

Mehriban xanım Əliyevaya ünvanlanan şikayət məktubundan amansız qətlin qeyri obyektiv aparılmasında  Emil Ağacanovun zəngin biznesinin olmasının rolu az deyil. Şikayət məktubunda qeyd olunur ki, E.Ağacanov  “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana malik olan şəxs olub.

Emil Ağacanov

İradə xanım isə yuxarıda qeyd edilən münasibətlər və sərmayə yatırımının müqabilində “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb. Eyni zamaqnda Emillə birlikdə xarci səfərlərdə, iş danışmalarında birlikdə olublar. İradə Muradova Emilə məxsus  bütün şirkətlərin maliyyə işlərinə nəzarəti ilə də şirkətlərdə nüfuz sahibi olub.

Davam edən istintaq və cavabsız suallar

Jurnalist araşdırmasından bir çox qaranlıq mətləblər aydın olur. Lakin  İstintaqın gedişinə mane olmamaq üçün bəzi məsələlərlə bağlı suallarla cavab axtarırıq.

Sadəcə Emil Ağacanovun özünün də İradə xanımı boğaraq öldürdüyünü etiraf etməsini, qətldən sonra məhkəmə tibbi ekspertizanın bilərəkdən yüngülləşdirici rəy verməsini, qətl hadisəsi ilə bağlı   Yasamal rayon prokurorluğunda cinayət işinin başlanıldığını və qatilin  barəsində həbs qətimkan tədbirinin seçildiyini yazmaqla kifəyətlənirik.

Redaksiya olaraq qeyd edirik ki, istintaq sirri ola biləcək bəzi məsələr araşdırmamızın tərkib hissəsi olaraq qalır və  zamanında bu mövzuya  qayıdacağıq.
Hələlik isə cavabları mütləq verilməsi zəruri olan aşağadakı sualları qeyd edirik:
Özünün yaxın dostu, biznes ortağı olan gənc xanımı qətlə yetirən Emil Ağacanovun doğrudanmı psixoloji durumu yerində deyil?

Ekspert rəyində niyə bu vaxta qədər sağlam olan adamda psixoloji durumunun yerində olmaması diqnozu yer alıb ?

Emil Ağacanovun narkotik aludəçisi olmasına istintaqda niyə göz yumulur?
Emil Ağacanov qətlə yetyirdiyi xanıma göstərdiyi şiddət, ağır zərbələr və digər hallar ekspert rəyində niyə öz əksini tapmır?

Bu hallar nə səbəbdən  müstəntiqin diqqətdən kənar qalır?

İradə xanım qətlə yetirildiyi zaman niyə çılpaq olub və onun qanlı ləkəsi olan paltarlarını müstəntiq niyə işə daxil etmir?

Qatili tərəfindən şiddətə məruz qalan mərhum xanıma qarşı ölümündən qabaq zorlanma hadisəsi olmayıb ki?

Emil Ağacanovun yeznəsi Elnur Həbibovun  bu kommersiya şirkətlərində maraqları varmı?

İradə xanım qətlə yetirildiyi gün Emilin bacısının həyat yoldaşı  Elnur Həbibova zəng vuraraq Emilin vəziyyəti pisdir, gəlin aparın deməsinə ailənin üzvü niyə etinasızlıq göstərilib?

Narkoloji dispanserdə müalicə olunan Emil Ağacanovu yoluxan, ona qayğı göstərən İradə xanıma Elnurun, sən bu ailənin üzvü deyilsən, Emil narkomandır, qoy qalsın bu vəziyyətdə, deməsini müstəntiq nəzərə alacaqmı?

Emil Ağacanov narkotikdən əziyyət çəkdiyi gün aparıldığı “Egey” hospitaldan çıxarılması üçün həkim tərəfindən niyə ailə üzvlərinə, yaxın qohumlarına deyil, İradə xanıma zəng vurub?

Həkimi buna kim təhrik edib və sair sualların cavabları hələ ki araşdırılır və tərəfimizdən ictimailəşdiriləcək.

P.S. Müstəqil.Az olaraq Adları çəkilən kəslərin fikirlərinə yer ayırmağa hazırıq.
Müstəqil.Az

Share: