İçim külək, çölüm külək
O rəngbərəng ölüm… külək!
İstəyirəm gülüm… külək
Əsir bəxtimin üzünə
O qanadlar nə deyirdi?
O qanadlar uçmurdu ki
Göy üzündə qəm yeyirdi
Baxıb bəxtimin üzünə
Bəxtimin üzü niyə görən
Sübhün yadından çıxdı?
Bəxtimin birdənbirə
O qaraca torpaq üçün
Ürəyi elə darıxdı…
Axdı bəxtimin üzündən
Axdı qərib göz yaşı…
Nə yaxşı göz yaşı var
Uzaq var… uzaq… nə yaxşı…
Bəxtimin üzünə elə
Pəncərədən uzaqlar
Baxar, baxar gülər hey…
Bəxtimin üzündən neçə sübh
Öpüb, solar… ölər hey…
Aydan Abdullayeva
















