Qarabağ”ın növbəti tarixi qələbəsi – siyasətçilərimiz nə düşünür…

Qarabağ”ın növbəti tarixi qələbəsi – siyasətçilərimiz nə düşünür…
“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu möhtəşəm şəkildə tamamladı. Bu qələbə Azərbaycan ictimaiyyətində, idmansevərlərimiz arasında böyük sevincə səbəb oldu. Bəs görəsən siyasətçilərimizin bu parlaq qələbəyə münasibəti necədir?
VHP-nın aparat rəhbəri, Samir Əsədli özünün feysbuk sosial şəbəkəsindəki divarında qeyd edib:
“Ağdam təmsilçisi rəqibinə heç bir imkan tanımadan 2:0 hesablı qələbə ilə meydanı qələbə ilə tərk etdi.
Bu, sadəcə bir oyun deyil inamın, əzmin və mübarizə ruhunun göstəricisi və  təntənəsidir. “Qarabağ” hər matçda Azərbaycan futbolunun gücünü və dirçəlişini nümayiş etdirir”.
Samir bəy daha sonra əlavə edir: “Milli Komandanın uğursuzluğu ilə azarkeşlər kədərlənirsə, “Qarabağ”ın zəfərləri bütün ölkəyə sevinc bəxş edir. Futbol milyonların izlədiyi və sevdiyi idmandır və bu inamı, bu ruhu isə Azərbaycan futboluna Qurban Qurbanov qazandırır”.
Şübhəsiz ki, bu nailiyyətlərin başında məhz Qurban Qurbanov dayanır, deyə qeyd edən VHP-nin aparat rəhbəri, daha sonra əlavə edib: “Onun peşəkarlığı, liderlik keyfiyyətləri və futbol fəlsəfəsi “Qarabağ”ın uğurunun əsas dayağıdır. Bu gün “Qarabağ”ın hər zəfəri həm də Qurban Qurbanovun Azərbaycan futboluna qoyduğu möhür, yaratdığı məktəbdir.
“Qarabağ” milli qürurun, əzmin və inamın timsalı olaraq Avropa meydanlarında yoluna qətiyyətlə davam edir!”
Müstəqil.Az
Share: