NATO və Rusiya üz üzə

NATO və Rusiya üz üzə

Son günlər Varşava və Moskva arasında gedən güc nümayişi və NATO nun Polşa, Rumıniya və Finlandiyada hərbi aktivliyi artırması savaş ehtimalını artırır.

Rusiya NATO nu müharibəyə cəlb etməkdə əslində bir tərəfdən maraqlıdır.
Birincisi, Ukraynaya hərbi və maddi yardımlar edən NATO nun militar güc və sənayesinin böyük hissəsi bu sahəyə fokuslanıb. Əgər, Polşa və ya digər alyans üzvünü müharibəyə cəlb edərsə bütün İttifaqın da avtomatik bu məsələyə qarışacağı Moskvaya aydındır.
Beləcə, ittifaq bir neçə tərəfdən təzyiq altında qalacaq, hərbi sənayesi və iqtisadi durumu böhran yaşayacaq.
Təşkilata üzv ölkələr müharibə gedən zonalara hərbi qüvvə göndərdikdə və itkilər baş verdikdə onların ailə üzvləri daxil cəmiyyətdə sosial etiraz dalğaları genişlənəcək və hətta inqilabi hərəkata çevrilə biləcək.
İkincisi, Polşa Ukraynaya yardım edən əsas qüvvələrdən biridir, hərbi təlimlərə mütəxəssislər göndərən, müxtəlif hərbi dəstələrlə dəstək göstərən, silah sursat təchizatçısı sayılır. Varşavanı müharibəyə cəlb etməklə Kiyevin gücünü zəiflətmiş, onu bu ölkənin resurslarından məhrum edəcək. Həm də, Polşada tuta biləcəyi məntəqələrdən Ukraynaya qarşı ikinci cəbhə açıb işğal prosesini asanlaşdıracaq.
Üçüncüsü, Baltikyanı Ölkələr və Polşa arasında Suvalki keçidini ələ keçirməklə hər iki tərəf arasında hərbi yardım və təchizatın qarşısını alacaq.
Finlandiya və İsveç NATO a üzv olduqdan sonra Rusiya Baltik dənizində faktiki olaraq istənilən hərbi fəaliyyət zamanı ciddi nəzarət altında olmuş sayılır.
Polşa və Baltikyanı Ölkələrdən müəyyən əraziləri xüsusilə dəniz sahili zonaları tutmaqla bu blokadadan müəyyən qədər çıxmış olur.
Dördüncüsü, Rusiya NATO nu müharibəyə cəlb etməklə onu çökdürmək, 1949 cu ildən Moskvaya qarşı rəqib rolunda çıxış edən İttifaqı süqut etdirməklə ABŞ nin Avropada siyasi varlığını sona yetirmək istəyir:
Vaşinqton böyük Avropa savaşı nəticəsində çoxlu sayda hərbi itki verəcək və həm də Avropalılar tərəfindən hadisələrin əsas səbəbkarı kimi günahlandırılacaq.
Moskva NATO nun zəifləməsindən sonra həm də yenidən keçmiş sosialist Qərb ölkələri daxilində Rusiyaya meyil yaratmaqla geri qaytarmaq istəyir.
Finlandiya hazırda Rusiyanın şimal sərhədlərində NATO üçün for post rolunu oynayır.
Helsinkinin keçirdiyi hərbi təlimlər Rusiyaya mesajdır : ”əgər Polşaya hücuma keçsəniz, Biz də şimal sərhədlərinizə hücuma keçəcəyik “
Finlandiya Baltikyanı Ölkələr və Polşaya Moskvanın istənilən hücumu zamanı NATO üzvü kimi Baltik dənizində Rusiya hərbi gəmilərinin blokadaya alınmasında iştirak edəcək və quru qoşunları ilə həmkar ölkələrə yardıma gələcək.
Lakin, Polşa Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Avropanın mərkəzində yerləşən və hərbi cəhətdən güclü sayılan dövləti zəiflətmək və ərazilərini ələ keçirmək NATO və Onun arasında bufer zona yaratmaq deməkdir.
1990 cı illərdə İttifaq özünün ən geniş sərhədlərinə çatdıqda və Rusiya ilə qonşu ölkələri tərkibinə qatdıqda Moskva üçün əsas xarici siyasət prinsiplərindən biri də Alyansla arasında olan territorial yaxınlığı minimuma endirmək idi. Çünki, qonşuluğunda hərbi baza və radiolokasiya məntəqələri, strateji silahları yerləşdirən NATO onun Şərqi Avropada olan nüfuzunun qarşısını alırdı.
Ukrayna müharibəsi zamanı Rusiya Alyansa 1990 cı illərin əvvəllərində olan sərhədlərinə qayıtmağı əsas şərt kimi irəli sürmüşdü və indi bu tələbi hərbi yolla həyata keçirmək və bufer zona yaratmaq istəyir

müəllif:siyasi şərhçi İsa İsmayılzadə yazır

Share: