Rasif İMANOĞLUnun növbəti tam ciddi yarızarafatları…

Rasif İMANOĞLUnun növbəti tam ciddi yarızarafatları…
1.Pul “əl çirki” olduğu üçün banklarda saxlamağı məsləhət görürlər?
2.Bahalı xidməti maşınlar da tanıdığım bəzi məmurların “piyada” olduğunu ört-basdır edə bilmir.
3.Doğru işlə məşğul olmaq başqa şeydir, məşğul olduğun işi doğru bilmək başqa şey.
4.Qoyunları “qurda tapşırsaydılar”, ətin qiyməti belə baha olardı?
5.Neçə qarışqadan bir fil düzəltmək olur?
6.“Yaltaqlıqda nə var?” deyənlər də var, “Nə var, yaltaqlıqda var” deyənlər də. Hələ ki, ikincilər daha yaxşı yaşayırlar.
7.Təmiz olduğu üçün bəzi yerlərə su vermirlər?
8.Böyük problemlərin xeyri də varmış. Arxasında nə qədər adam gizlənir.
9.Üzümə qayıtmaq istəmədikləri üçün arxamda danışırlar?
10.Hippokratın nə günahı? Onu da hörmətdən saldılar.
Rasif İMANOĞLU
04.09.2025
Share: