Südabə Sərvinin “Ağrıların kölgəsi” adlı əsəri haqqında… – Nəcibə İlkin yazır

Südabə Sərvinin “Ağrıların kölgəsi” adlı əsəri haqqında… – Nəcibə İlkin yazır

QANLI TARİXİMİZİN QANLI SƏHİFƏSİ

Südabə Sərvinin “Ağrıların kölgəsi” eyniadlı əsəri haqqında düşüncələrim

Ədəbi aləmə ilk gəldiyim günlərdən tanıyıram onu. Şair-publisist kimiözünü təsdiqləmiş qələm sahiblərindən biridir Südabə Sərvi. Zarafat deyil, 25 ilə yaxın bir vaxtdır. Əsərləri haqqında yazmışam.Bəzən bir- birimizə tənqidi yanaşmağımız da olub. Bəlkə də bu tənqidlər bizi yaxşı mənada yetişməyimizə, qələmə sədaqətli olmağımıza gətirib çıxarıb.

Məsuliyyətimizi ikiqat artırıb. İçimizdəki həyati ağrılarını nəzmə çəkməko qədər də asan olmadığı üçün nəsr sahəsinə də addımı atdıq və bacardıq da.. Südabə Sərvinin “Ağrıların kölgəsi” əsərini oxumaq mənim üçün çox da asan olmadı. Bu əsər qaysaq tutmayan yaramı yenidən qanatdı.Bu əsər tarixi ağrılarımızı yenilədi. Və kürəyimizə saplanan bıçaqları, ürəyimizə dəyən güllələri kino lenti kimi gözümüzün önündən keçirtdi…

Necə də dözümlü millətik, ilahi! Bizi yaradanda dərd üçünmü yaratmısan? Bu qədər zilləti niyə məhz bizim alnımıza yazmısan? Düz deyiblər ki, Allah dərdi çəkənə verir. Biz çəkməyi bacarmışıq ki, dərd bizim olub.Bu qədər qırğınlar, bu qədər soyqırımlar heç bir millətin başına gətirilməyib. Tək bizdən başqa…Biz isə sanki daşdan-qayadan yaranmışıq. Və çəkdikcə bu dərdləri çəkə bilmişik… Mən gənc yaşlarımdan tarixi əsərləri çox sevmişəm, çox oxumuşam.

Lakin o əsərlərin hamısı Böyük Vətən müharibəsindən və onun qəhrəmanlarından bəhs edirdi. Hətta tarixi kinolarımız belə sovet dönəmində çəkilmiş filmlər idi… Orda başımıza gələn bəlalardan çox az halda bəhs edilməmişdi və edilə də bilməzdi. Çünki, bu bəlaları başımıza gətirən elə sovet rejimin quldur imperiyası idi…Biz tariximizi babalarımzdan, nənələrimzdən eşitmişdik və yaddaşımızın küncündə qorxulu halda saxlamışıq. Çünki sovetin qorxulu rejimindən heç nə danışa bilməzdik. Qanı bahasına əldə etdiyimiz müstəqilliyimizdən sonra isə bəzi məlumatları əldə edə bildik. Bir az da dadımıza çatan internet sosial şəbəkələr oldu. Qanlı tariximizi bir az öyrənə bildik…

Əslində tariximizin qanlı, unudulmayan keçmişini yada salmaq, sovet imperiyasının xalqımızdan gizlədilmiş tarixini bugünkü və gələcək nəslə çatdırmaq hər bir yazıçının birmənalı borcudur. Bu borcu çox yazıçılarımız bacardığı qədər yerinə yetirə bildi. Südabə xanım tam başqa cür olaraq… Bir yaşlı professorun diliylə…yazıçı təxəyyülü ilə yox… Acı həqiqətləri olduğu kimi…

Bir az tarixi keçmişə dönək… 200 ildən artıqdır ki, I Pyoturun və II Nikolayın planlı şəkildə erməniləri Qafqazda, əsas da Azərbaycanda, Qarabağda yerləşdirilməsi planları bizi bəlalarla, faciələrlə üz-üzə qoydu… tariximizin hansı səhifəsini açsaqonların terror aktlarına rast gələrik…

1805-ci ilin may ayının 14-də Rusiya hökuməti ilə Qarabağla Gəncə xanlığını ayıran “Kürəkçay” müqaviləsi. Məqsəd Qarabağ xanlığının Rusiya İmperiyasının tərkibinə keçməsi idi. 1813-cü ildə”Gülüstan” müqaviləsi. Bu müqavilə Rusiya ilə İran arasında müharibənin qurtarmasını bildirdi və Azərbaycan Rusiya ilə İran arasında bölündü.

Şimali və Cənubi Azərbaycan… 1828-ci ilin fevralın 10-da İran, Rusiya və Türkiyə arasındakı müharibəsindən dərhal sonra “Türkmənçay”müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Türkiyənin Van şəhərindən, İrandan və başqa

yerlərdən Naxçıvan, Qarabağ mahallarına, İrəvana, Şuşaya, Bakıya və Bakının bir çox bölgələrinə 1 milyon yarım ermənilərin yerləşdirilməsi. Göründüyü kimi bütün bunlar Azərbaycana qarşı Çar Rusiyasının məkirli niyyətini həyata keçirmək məqsədi daşıyırdı. Sonrakı dövrlər isə artıq İrəvandan başlamış, Bakı və Bakı ətrafı rayonlarda-Şamaxı, Quba, Salyan, Xaçmaz, Hacıqabul, Gəncə, Naxçıvan, Zəngəzurda erməni daşnaklarını bolşeviklərin əliylə silahlandırıb antitürk siyasəstini həyata keçirməsi. Sonra Qərbi Azərbaycanda davam etdi bu soyqırım. Sonda öz məqsədlərinə çatıb, məhv etdiklərini etdilər, qalan soydaşlarımızı isə sürgün etməklə İrəvanı ermənilərə verdilər.

1904- 1905-1906-1918-ci illərdə ard-ardıyla davam edən qətliamlar, qırğınlar, sürgünlər Azərbaycan türklərinə qarşı misli görünməmiş ən böyük faciə kimi qanlı tariximizin yaddaşına yazıldı. Nəhayət, 1918-ci ildə İrəvanı- yəni Qərbi Azərbaycanı Ermənistan respublikası elan etdilər. 1920-ci ildə erməni daşnakları “Türksüz Ermənistan” yaratmağa xeyli nail ola bildilər. 1947- 1953-1965-ci illərdə Qərbi Azərbaycandan-İrəvandan soydaşlarımızı ata-baba yurdlarından tamamilə çıxarılması Stalinizm siyasətinin Azərbaycan türklərinə qarşı ən qəddar, amansız və bağışlanılmaz dövrü oldu. Son olaraq 1988-ci ildə “dənizdən-dənizə böyük ermənistan yaratmaq” niyyəti ilə ixtişaşlara başlayan ermənilər İrəvanda qalan soydaşlarımızı qətlə yetirməklə və tamamilə çıxarmaqla doğma yurdlarından birdəfəlik deportasiya etdilər. Və öz məqsədlərinə çatdılar. Yəni türksüz ermənistan. Son olaraq Rusiyanın bu vəhşi siyasətindən uzaqlaşmaq üçün SSRİ-nin tərkibindən çıxmaq,müstəqilliyimizi əldə etmək fikri ilə haqq səsini ucaldan xalqımızı sovet imperiyası Bakıda qanına qəltan etdi. Bu isə rus şovinistlərininAzərbaycan türklərinə qarşı törətdiyi ən böyük tarixi və son faciəsi oldu.

Bəli, bu bizim qanlı tariximizin cüzi bir hissəsidir… 70 ildən artıq idi ki, Rusiya İmperiyasının sovetlər birliyi altında

inildədikSovet qanunları ilə istismar olunduq. Başımıza gətirilən tarixi facilərimiz bu qanunlar altında gizlədildi. Qanlı tariximizi yaddaşlardan birdəfəlik silməyə çalışdılar. Ancaq gücləri çata bilmədi.

Sovet rejiminin köynəyindən çıxan, onun qanunlarının təsirindən hələ tam ayılmayan yazıçılarımız tarixi keçmiçimizin qanlı-qadalı illərini bir- bir kitabların yaddaşına köçürəcəkdi. Bu isə ömürlük olaraqAzərbaycan

vərəndaşının yaddaşında iz salacaqdı… Lakin çox da uzaq olmayan yaxın keçmişimin hardasa, bir əsr yarım tariximizin qanlı faciələrini zaman-zaman üzə çıxara bildik. Bu baxımdan tarixi əsərlər yazanyazıçılarımıza alqış düşür.

 Məhz “Ağrıların kölgəsi” də bu baxımdan oxucu kütləsi üçün önəmli kitab oldu.

Südabə  Sərvinin “Ağrıların kölgəsi” əsəri demək olar ki, o dövrün bütün özbaşınalıqlarını, ermənilərn vəhşiliklərini, rus bolşeviklərinin Leninizm,Stalinizm dövrünün çirkin siyasətinin necə və kimlərin tapşırığı ilə planlı şəkildə həyata keçirilməsinə belə aydınlıq gətirdi. Həmin dövrün qanlı tarxini, yerli əhalinin sıxışdırılması, köçürülməsi, məhv edilməsi, onları min bir işgəncələrlə qətlə yetirilməsi səhnələrini kitabın yaddaşına gətirə bilib.

Niyə məhz biz türklərin düşməninə çevrilib bu şərəfsizlərÇox sadədir bu cavab. Ruslar babalarından qalma öz içindəki düşmənçilik siyasətini davam etdirmək üçün meydanda tək olmasın deyə erməniləri özlərinə bir alət etdilər. Azərbaycanın Xəzəri, nefti, sərvəti, qazı, rusların, ingilislərin, eləcə də bütün qərb ölkələrin marağında olduğu üçün onu əldə etməkdən ötəri hər cür oyunlara baş vurdular. Qanlı tarx 1918-ci ilŞamaxının üstünü qara buludlar almışdı.Gözləri qandan doymayan, türkün, müsəlmanın qanına yerikləyən azğınlaşmışerməni quldurları Bakını və bir sıra regionları al-qana batırdıqdan sonra Şamaxıya hücuma hazırlaşır. Və bu hücum da başqa rayonlarda baş verən faciələrdən heç də geri qalmır. Qana susamış erməni daşnakları qoca, cavan, körpə bilmədən hər kəsi qanına qəltan edir. Yetər ki, türkün kökü kəsilsin… Məhz müəllifin də bəhs etdiyi əsərin qayəsi bu tarixi faicələrə əsəslanır. Hansı ki, onun qəhrəmanını 7 yaşlı Fəxini xilas edən türk əsgərinin məzarını 80 il ziyarət edən 87 yaşlı professorun başına gələn ailə faciəsi bu soyqırımın acı nəticələrindən biri idi. Yazıçı çox böyük məharətlə professorun dilindən aldığı fikirləri qeyd edir. Öz insanlıq borcunu nyerinə yetirən qoca onu xilas edən əsgərə borclu qalmaq istəmir. Hər il onu ziyarət edən qoca professor artıq ölümünə yaxınlaşdığını hiss edib yazıçının köməkliyi ilə son dəfə olaraq Türk əsgərinin məzarını ziyarət edir. Və 7 yaşından başına gəirilən faciələri bir-bir danışmağa başlayır… 90 yaşlı professor bizi çox yaxın keçmişə aparır. Və qaysaqlanmayan yaramızın qaysağını yenidən qoparır. O yara ki, onu babalarımızdan, nənələrimizdən çox eşitmişdik. Elə mənim nənəmdən eşitdiklərimin eynisi idi bu epizodlar. Atam 1905-ci ildə doğulmuşdu. Nənəm o illərin qanlı-qadalı faciələrindən çox danışırdı. Ermənilərin ruslarla birləşib rayonlara etdiyi basqınlardan, tökdüyü qandan danışardı.

Biz uşaq idik, çox şeyi anlamırdıq. Çünki artıq bizim dövrümüzdə ermənilərlə çox yaxın idik. Nənəm bunları danışanda da çox ehtiyatla danışardı və heç kimə bildirməməyi tapşırardı. Əsər bu faciənin qurbanlarından biri Əhməd kişi və onun ailəsindən danışır. Kənddə, eləcə də rayonda böyük hörmət sahibi olan qeyrəti ilə ad-san qazanan Əhməd kişi xəbəri eşidib çox pis olur. Qonşuların hamısı köç etsə də, o getmək istəmir. Axırda ona döyüşdə olan oğlundan xəbərdarlıq gəlir və gecəykən ailəsini götürüb, gedən camaatam qoşulur.

Müəllif Şamaxının özündə, kəndlərində qəhrəman, igid döyüşən oğullar da ermənilərə qarşı vuruşmasından söhbət açır. Milyonçu Hacı Zeynalabdin bütün milyonçuları yığıb başına çoxlu sayda top-tüfəng almasını, Bakı gənclərindən, rayon, kənd gənclərindən könüllü dəstələr yaradılmasını qeyd edir. Ancaq güclü silahlanmış erməni-bolşevik silahlı dəstələrinə tab gətirmək çətin idi… Fəxrəddinin anası Gülbuta hamilə olduğu üçün at belində gedirdi.Qadının sancıları tez-tez tutur, doğum yaxınlaşırdı. Fəxrəddinin nənəsi Alma xanım atın böyrüncə gedir və nəzərini gəlinindən çəkmirdi. Artıq vaxt azalmışdı… Düşmən isə lap yaxınlıqda idi. Arxadan gələnlərin çoxunu qətlə yetirmişlər azğın düşmənlər….Gecənin qaranlığında özlərinə sığınacaq tapan ailə boz qayanın arxasına çəkilir.

Bu sətirləri oxuduqca göz yaşlarını saxlamaq çətindir hər bir oxucu üçün. Müəllif professorun timsalında minlərlə insanın taleyini diqqətə çəkir. Təkcə Fəxi yaşda uşaqları yığıb bir borunun içərisinə benzin töküb od vuraraq yandıran ermənilərdən hansı insanlığı ummaq olar ki? Şamaxıda ən böyük vəhşiliklərdən biri isə canını ölümdən qurtaran insanların məscidə yığılmasını bilən quldurlar məscidin qapılarını bağlayıb od vuraraq minlərlə insanların həyatına son qoymasıdır. Erməni və rus hərbi birləşmələri şəhəri qan gölünə döndərmişdi.Heç kəsə rəhm etmədən bir nəfərdən belə yan keçmirdilər. Türk qanına yerikləyən hər iki millətçilər azğınlaşmış vəhşilər kimi şəhərdən kənara çıxan, canlarını götürüb qaçan sakinləri də qanına qəltan edirdlər.

Məhz hadisələrin şahidi kimi əsərin qəhrəmanı qoca professorun dilindən eşitdiklərimiz acı reallığı ortaya qoyur. Əsərin əsas qəhrəmanı 7 yaşlı kiçik Fəxini içində böyüdən 87 yaşlı qoca professor Fəxrəddin doktor həmin yerləri yazıçıya göstərərək, bax, orda ağlayan uşaq mənəm, gözümün qabağındadır indi o uşaq, deyir. Özüylə böyütdüyü uşaqlığı. Gözü qan yaşlı uşaqlığı.

Əsər olduqca insanı özündən uzaqlaşdıran həyacanlı anlarla dolu bir  əsərdir. Ürəyimiz ağrısa da, əsas odur ki, bu tarix yazılıb.Müəllif baş verən faciələrin təfərrüatına varmaqla, əsərin 7 yaşlı qəhrəmanı ilə 87ğ yaşlı qəhrəmanı arasında gözəl bir körpü yaradıb. Və o körpüdə hər zaman var-gəl edir. Həm 7 yaşlı Fəxi, həm də 87 yaşlı professor… Professorun hər zaman içində gəzdirdiyi və için-için ağladığı uşaqlığı. Gözünün qabağında erməni vəhşiləri babasını, nənəsini, anasını öldürmüş, yenicə doğulan qardaşını süngüyə keçirmişdir. O isə düşmənin gözündən yayınıb qorxudan bir daşın arxasında gizlənmişdi. Gecə olduğundan düşmənlər onu görməmişdi. Səhərə qədər daşın arxasında qalan uşaq səhərisi gün özünə bir oyuq düzəldib üç gün həmin oyuqda qalmışdı, üstünü kol-kosla örtmüşdü…düşmən görməsin deyə… Gün çıxmamış otların üstünün şehini dili ilə yalamaqla susuzluğunu, otlardan yeyib aclığını yatızdırırmış. Beləcə üç gündən sonra türk əsgərinin ayaq səslərini və sözlərini eşidib oyuqdan əlini çıxarır və türk əsgərinin xilaskarlığı ilə azad olur, həm ölümdən, həm də əsarətdən… O əsgər ki, şəhid olmuşdu. Və onu xilas edən bu əsgəri professor unutmurdu… 1918-ci ilin sentyabrın 15-də General Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq ölkəmizi erməni-bolşevik işğalından azad etmişdir. Və bu həyata keçirdikləri əməliyyat məhz Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Nuru Paşanın qardaşı General Ənvər Paşa ayrıca dəstə yaradıb Azərbaycana köməyə gəlməsəydilər, bir nəfər belə azərbaycanlı qalmayacqdı. Çünki erməni-rus hərbi birləşmələri həddindən artıq qüvvətlənmiş, silahlanmışdı. Türkləri qırıb axırına çıxmaq kimi plan həyata keçirməli idilər. Küçələrdə diri-diri yerə mıxlanmış uşaq meyitləri, süngüyə keçirilmiş körpələr, başları kəsilmiş din xadimləri, ziyalılarmızın meyitləri, zorlanmış qadınlar və s. Bütün bunları görən türk əsgərləri hönkürüb ağlamışdı. Budur erməni vəhşiliyi, budur sovet qardaşlığı altında riyakar, çirkin siyasətin quldurları. Bizi sovetlər birliyi altında qardaş kimi bəslədilər, sonra isə qırğınlara sövq etdilər. Sovet qanunları altında “Parçala, hökm sür” şüarını həyata keçirdilər. Türklərə qarşı olan nifrətləri sönmək bilmədi bu vəhşilərin. Misli bərabəri olmayan, ağlasığmaz dərəcədə etdikləri bu vəhşilik haqqında dünya alimləri, səyyahlar, şairlər, filosoflar yazdı. Ancaq bir-birimizə qardaş dediyimiz sovet qanunları altında birləşdiyimiz bu imperiyanın bizə düşmən olduğunu çox gec anladıq. Çünki unutqanıq… Ya da inamımız güclüdü. Düşməni dost bilib, olanları unudub, inamımızı yadırğayıb sürfəmizin başında əyləşdirməklə onlara qardaş deməklə öz səmimiyyətimizi ortaya qoyuruq. Məhz bu cür faciələr də bizi asanlıqla tapır…

Müəllif 1918-ci il hadisələrini hər tərəfli, Mart soyqırımının acı nəticələri haqqında ayrı-ayrı epizodlarda verib. Hələ Birinci dünya Müharibəsi zamanı Qarsda, Ərzurumda, Vanda Osmanlıya etdiyi xəyanətinə görə, Osmanlı dövləti xəyanətkar ermənilərin ölkədən çıxarılması qərarını vermişdi. Türk torpağında xəyanətkarla yer yoxdur!- demişlər. Lakin biz isə onların dönə-dönə etdiyi vəhşiliyin, xəyanətin müqabilində barışığa üstünlük verdik. Sonda isə Xocalı faciəsi, Ağdaban faciəsi və nəhayət Birinci və İkinci Qarabağ müharibələri. Son olaraq birgünlük antiterror savaşı. Doğrudur, Zəfər çaldıq, iti qovan kimi qovduq torpaqlarımızdan bu şərəfsizləri. Lakin nə qədər şəhid oğullar verdik. Öz torpağımızda öz qanımız töküldü. Onların işğal altında saxladığı evlərimizə, torpaqlarımıza nə qədər ziyan vurduqları bütün dünyaya bəlli oldu.

Erməniləri ömür boyu başımıza bəla edən rus şovinstləri sonda özləri onların xəyanətini gördü. Su sənəyi suda sınar, deyib atalar. Ermənilərin xəyanətini görən bu tarixi faciəni yaşayan bir qoca professorun yaddaş tarixini yazıya alan Südabə Sərvi düşünürəm ki, tarixi bir səhifənin qanlı yaddaşını üzümüzə aça bildi. Daha doğrusu qan yaddaşımızı təzələdi…

Bax, elə burda hər kəsə bəlli olan bir fikri də yada salmaq istəyirəm.n Sovetlər birliyinin ən iyrənc siyasətlərindən biri erməni və rus mənşəli kadrların iş başında, yüksək vəzifədə yerləşdirməsi idi. Hətta vəzifə adamlarının katibələri də erməni qızları idi. Bizim isə ən savadlı kadrlarımızı bir-bir ya öldürməklə, ya da şər atıb həbs etdirməklə aradan götürürdülər. 37-ci ilin represiyası….Stalinizm dövrünün acı həqiqətləri idi. Vəzifədə çox nadir hallarda olanlarımızın katibəsi, müavinləri ya erməni olmalıydı, ya da erməni qızı ilə evlənməli idi… Bax, erməniləşmənin bir yolu da bu idi… Yazıçı düz qeyd edir; – Məqsəd Bakını erməniləşdirmək idi! Bəlkə də qəribədir, bəlkə də dözülməzliyi qədər böyük bir gülüncdür. Evində, öz yurdunda, öz torpağında ailənin içində sakit oturub yaşayasan, amma sənin qapını döyüb ölməmək üçün çörək, yaşamaq üçün torpaq istəyən, ən yaxşı yerlərdə yer verdiyin mənfur erməni quldurları sənə düşmən kəsilə, səni qorxu altında yaşada, səni İsti ocağından, isti evindən didərgin sala və sonda ölümə məhkum edə. Bax, ən böyük bəla budur. Qafqaz İslam Ordusunun əsgərləri artıq Şamaxıya çatmışdı.Şamaxının cavan ərənləri də onlara qoşulmuşdu. Bu qoşulanların içində Əhməd kişinin oğlu Məmməd və Yarmat da vardı. Əhalinin çoxu qaçmış,

qalanları isə öldürülmüşdü. Məktəb yaşlı Fəxrəddin babası, nənəsi, anası ilə birlikdə doğulduğu ata-baba yurdundan, doğma evlərindən çıxıb vaxtilə dostları ilə oynadığı dağlara sığınanların arasında idi. Şəhərin içində etdiyi vəhşilikdən gözləridoymayan düşmən canını onlardan qurtaran əliyalın sakinləri də qətləyetirməkdən doymur. Anası Gülbutanın doğum sancısı tutur. Bəlkə də hələ gününə varmış, lakin qorxu, stress onun doğumunu tezləşdirmişdi.

Buna görə də onlar gecənin qaranlığında bir qayanın arxasında gizlənməli olurlar. Doğum sancısı çəkən gəlinin ürəyi su istədiyindən qaynanası Almaxanım su dalınca gedir. Erməni quldurları onu görən kimi güllələyir. Əhməd kişi 40 illik ömür gün yoldaşını gözü qabağında güllələyən ermənilərə silahı tuşlasa da, gəlinə və nəvəsinə görə susur.

Çox keçmir ki, uşaq doğulur. Və təzə doğulan körpənin səsi erməniləri duyuq salır. Müəllif ölümdən qorxmayan Almaxanımın ermənilərə dediyi sözləri dəngözəl qələmə alıb. Aslanın erkəyi, dişisi olmaz… Əlindəki balta ilə

erməni quldurlarını hədələyən Almaxanım:

– Yaxın gəlsəniz bu baltayla vurub başınızı əzəcəm, axmaq başınızı yarıbmdağıdacam. Görüm o axmaq başınızda nə var ki, bu qədər qaniçənsiniz.

Quldurlar, doymadınız qan içməkdən?

Onun bu sözlərindən hiddətlənən quldurlar onu güllə ilə dəlik-deşikbedirlər.

Yumruqlarını düyünləyib özünü zorla saxlayan Əhməd kişinin dişi bbağırsağını kəsir. Başlarının üstünü alan erməni quldurlarından birini o saat tanıyır. Bu o düşmən ki, Əhməd kişinin ocağının başında olub həmişə. Evində tonlarla çörək kəsib. Əhməd kişinin verdiyi suallara erməni dığasının verdiyi cavablar, onların bir daha harın, şərəfsizm olduğunu ortaya qoyur. Müəllif bu dialoqda da ermənilərin iç üzünü açır. Onların bir daha kim olduğunu göstərir. “Torpağımızda sizə yer vermişik” deyən erməni nə qədər həyasız, nə qədər şərəfsiz olduğunu sübut edir. Yəni bunlar bir millət yox, bir məxluq kimi belə yaxşılıq etməyə layiq deyillər…Mkrtıç deyilən bu erməni Əhməd kişinin gözü önündə yeni doğulan nəvəsini süngüyə keçirir, yerdə uzanan uşağı üçünnfəryad edən ananın qarnına doldurur güllələri.. Əhməd kişinin gözü qanla dolmuşdu.

Əlindəki tapançanı ona tuşlamışdı:

-Yaxın gəl, götür tapançanı. Necə olsa da qonşu olmuşuq. Bacın Maro hər gün bizdəydi.Yadındaydı, arvadımın bişirdiyi xörəkləri hər gün bəh- bəhlə yeyib tərifləyirdin…

Mkrtıç yaxına gələn kimi Əhməd kişi ayağıyla onu yerə yıxıb, cibindəki bıçağı çıxarıb, boğazına dirəyir.

-İndi kəsim başını? Yox, biz sizin kimi vəhşi, baş kəsən millət deyilik, səni kişi kimi öldürəcəm!

əlindəki tapançanı onun başına dirəyib:

-Al, bu bayaq təcavüz etdiyiniz qızların, bu arvadımın, bu gəlinimin əvəzinə! Bunlar isə o körpə nəvəmin əvəzinə!-deyib güllələri Mkrtıça ayaq üstə donub qalan ermənilərin bədəninə doldurur.

Əhməd kişi ermənilərdən qisasını almışdı. Cəld getmək istəyərkən gözü Fəxini axtarır. Fəxi isə qaçıb gizlənmişdi. Bircə   sarıçaçlı, alagöz atı-.Sarıtel qalmışdı, yerdə halsız inildəyən zahı gəlini və bir də özü. Əsərin bu həcanlı səhnəsində müəllifin oxucunu həcandan uzaqlaşdırmaq üçün yenə Professora üz tutur:

-Danışın doktor, deyir.

Bu, yazıçının oxucusuna bir az nəfəs almaq üçün verdiyi zaman idi. Bilir ki, oxucu burda həddindən çox yüklü və gərgindir. Belə bir epizodu həzm etmək oxucu üçün həddindən artıq ağırdı. Ermənilər dərhal güllə səsi eşidib həmin yerə gəlir və yerdə uzanan üçyoldaşlarının meyidini görüb Əhməd kişini güllələyir. Erməni quldurları

Sarıtelli atın gözəlliyini görüb ona yaxınlaşmaq istəyəndə atın şahəqalxıb hər iki ermənini təpiklə vurub ayaqları altına salıb öldürməsi olduqca maraqlı və qisas üçün sevindirici səhnədir. Sarıtel öz sədaqətini göstərmişdi və sahibinin qanını almışdı. Quldurlar Sarıtelin də ömrünəson qoyurlar…

Südabə xanım o qədər maraqlı sujet yaradıb ki, əsəri oxuduqca ağrılıolsa da, özünü həmin hadisənin içində hiss edirsən. Və həyacan, təşviş səni rahat buraxmır. Düşmənin nə qədər çirkin, əcazil olduğunu bir daha yəqin edirsən. İçində düşmənə olan nifrətin birə beş artır. Sanki döyüşdəsən və qisas üçün hər an düşməni məhv etməyə hazırsan.

Məhz Böyük Vətən Müharibəsindən sonra yazılan müharibə mövzulu əsərlər bizi vətən uğrunda candan keçməyi, düşmənə qarşı intiqam hissiylə yaşamağı öyrətdi. Məhz bu gün əldə etdiyimiz qələbələr, vətən uğrunda şəhid olmaq kimi igidlik, ərənlik o yazılan əsərlərin, qəhrəmanlıq kinofilmlərin sayəsində başa gəlib.

Südabə Sərvinin “Ağrıların kölgəsi” əsərinin həm tarixi baxımdan, həm də döyüşkən ruhlu ərənlərimizin yetişməsində böyük rol oynacağına əminəm.

Türk əsgərləri erməni quldurlarını məhv etmişdilər. Şamaxının küçələri insan meyitləri ilə, qanla dolu idi. Onlar canlarını qurtarıb qaçan insanların yolda, meşədə, dağda, dərədə öldürülməsini gördükcə qanları donurdu. Erməni vəhşiliyinin bu həddi onların nifrətini da artırmış və onlara qisas hissini gücləndirmişdi. Balaca Fəxini qucaqlarına alıb qərargaha aparırlar. Onun sağalması üçün həkim çağırırb, əllərindən gələni edirlər. Böyük stress keçirən Fəxinin dili tutulmuşdu.

Həkim onun sağalması üçün çox köməklik edir. Sonra Fəxi əmisi Yarmatın himayəsinə veirilir. Atası Məmməd isə döyüşdə şəhid olmuşdu. Atasının ölümündən xəbərsiz Fəxi hər gün onun yolunu gözləyirdi. Atası isə öz atasının, anasının, çox sevdiyi həyat yoldaşının, bir də yenicə doğulan və erməni süngüsünə keçirilən oğlunun yanında idiOnları Türk əsgərləri şəhid kimi dəfn etmişlər. Hətta Alagöz Sarıteli

… Bu türkçülüyün humanist, qardaşlıq məfkurəsi idi! Əsərin lap əvvəllərində müəllif 1905-ci ildəki ermənilərin Bakıdakı qırğınlarından söhbət salır. Və bu faciədən 12-13 il sonra həmin anları xatırlayan Almaxanım, qulağını çəkir ki, birdən bura da gələr ermənilər.

Ara sakitləşdiyinə görə qonşuları erməni Xaçaturla, arvadı Maro hər gün onların evində Almaxanımın bişirdiyi yeməkləri tərif edə-edə yeyirlər. Təndir çörəyini, müxtəlif növ yeməkləri tərifləyib yeyən ər-arvad ocaq başında dost, ara qızışan kimi yenidən düşmən olmuşlar.

Müəllif orda yaxşı bir nüansa toxunur. Alma xanım yuxanı yaya-yaya düşünür ki, görəsən bunlar yenə çörək itirəcəklər. O vaxt itirmişdilər. Xaçatur da, arvadı da, arvadının qardaşı Mkrtıç da kəsdiyi tonlarla çörəyi tapdalayarq ermənilərə haqq qazandırmışlar. “Onlar heç nə etməyiblər. Siz türklər qırıbsınız bizləri” demişdilər. Bəli, onlar ermənidi. Çox zatıqırıq, mayası haram adamlardı. Heç vaxt pisliklərindən geri qalmaz və onlar haqqında xarici ölkənin tanınmış simaları da onların iç üzünü açıb göstərmişlər.

Həmin Xaçatur da, arvadı da, arvadının qardaşı da onlara qarşı düşmənçiliyini necə var, elə də etmişlər. Əhməd kişinin arvadını, gəlnini gözü önündə öldürüb, nəvəsini süngüyə keçirən məhz elə Mkrtıç

olmuşdu.

Südabə xanım əsərdə başqa epizodları da oxucunun nəzərinə çatdırır. Şamaxıda anadan olmuş, məşhur bir ailənin tanınmış ictimai xadimi, xeyriyyətçi Məmmədtağı Əlizadənin həyatından bəhs edir. Xarici ölkələrdə təhsil alan, bir çox dillərdə danışan Məmmədtağı Rusiyada  böyük vəzifələrdə çalışıb. Şamaxıya köçən bu insan xalqın maariflənməsi üçün etdiyi xeyirxahlığı üçün ən nüfuzlu ziyalılardan biri idi. Ermənilər Şamaxıya girəndə ailəsi və atasını götürüb Göyçaya qaçırlar. Bir neçə gündən  sonra oğluna mən Şamaxıya getmək istəyirəm deyir. Oğlu isə orda vəziyyət hələ də yaxşı deyil, desə də, atası inadından dönmür. Atasından xəbər olmadığını görüb Şamaxıya gedən Məmmədtağı dəhşətə gəlir. Ermənilər qocanın başını kəsib süngüyə keçirmişdilər. Oğlu atasının bu dərdinə dözə bilmir, ürəyi partlayır.

Bundan baçqa Şamaxıda tanınmış Əfəndiyevlər nəslinin də başına bu cür faciələr gəlir. Şamaxıda məşhur axund Hacı Cəfərqulunun da xüsusi qəddarlıqla öldürülməsini müəllif ürək ağrısıyla qeyd edir. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını burnunu kəsmişdilər. Bundan başqa müəllif ermənilərin işgəncəsi ilə öldürülən digər nüfuzlu ziyalıların da adını bir-bir qeyd edir.

Yalnız Qafqaz İslam Ordusunun xilaskar qrupu Şamaxıya gəldikdən sonra ermənilərin bu qırğınına son qoya bilmişdilər. Müəllif qəhrəmanı ilə türk əsgərinin ziyarətinə gedir. Türk əsgərinin adını nəvəsinə qoyan professor hər dəfə Məhmət nəvəsi ilə onu ziyarətə gəlməklə ona türk əsgərlərinin etdiyi qəhrəmanlıqdan, yaxşılıqdan danışaraq mən olmayandan sonra onu sən ziyarət edəcəksən, deməyi bizim xalqımızın yaxşılığı unutmamasına bir işarədir.

Sonda yazıçı əsəri 2020-ci ilin 44 günlük müharibəsinin qələbə müjdəsindən yazır, qardaş Türkiyəmizlə birgə əldə etdiyimizZəfərdən yazır. Müzəffər Ordumuzun 30 il işğal altında olan torpaqlarımızın

qaytarılmasından, Zəfər tariximizlə sonlayır əsəri. Türk əsgərinin və professorun məzarını ziyarətə gedərkən professorun nəvəsi Məhmətçiyin orda olmasına çox sevinir. Deməli, biz qəhrəmanlarımızla bərabər yaxşılığı da unudan millət deyiik. Hörmətli müəllif, illərimin dostu Südabə Sərviyə yaradıcılıq

 uğurları arzu edirəm!

Hörmətlə Nəcibə İlkin,

Şair-publisist, yazıçı,

AYB-nin, AJB-nin,

Türkiyə Yazarlar Birliyinin üzvü.

Prezident mükafatçısı.

“Azad qələm” qəzetinin və jurnalının baş redaktoru

Share: