YARIM ƏSRLİK TƏBƏSSÜM – Əfşan Yisifqızı yazdı

YARIM ƏSRLİK TƏBƏSSÜM – Əfşan Yisifqızı yazdı

50 yaşı tamam olan insan duyğuları yenib, müdrikliyin astanasında olur. İllah da ki, bu adam şair ola o, həm həyatın, həm də sözün ortasında dayanmış insandır. Bu yaşda olan şair sözdə çoxunu sınayıb, qələmdə xeyli yol qət etmiş olur. Çiy duyğuların yerini dərin müşahidələr, müdrik baxışlar əvəz edir…

Qələmindən göylərə dua qalxar yarım əsrlik yol gələn şairin. Dönüb geriyə baxanda özü də hiss etmədən üzündə məsum bir uşaq təbəssümü yaranar. Həmin uşaq da 50 il yol gəlsə belə heç böyümür, yaşlanmır, eləcə məsum təbəssümlə gülümsəyir…
Yarım əsrlik təbəssümlə yol gələn şairdi İlqar Fəhmi. Bu təbəssümdə deyilməmiş söz var, şeir var, qəzəl var, yazılmamış əsərlər var…
Tanıdıqca, hər kəs özünü görür, özünə lazım olanları tapır o sözdə…
Sözün böyüklüyünə baxın:

“EhtiyAt et, sürüşüb düşmə Qadın gözlərinə,
Ki qadın gözlərinin məhbəsi hədsiz nəm olur.”

Bir 4 nəfər şəkili ola bilər

Bu beyti oxuduqda sanki oxucu qadın gözlərini yenidən kəşf edir, gözlərin necə dərin, cazibəli və eyni zamanda təhlükəli bir uçurum olduğnu vurğulayır. Gözlərin cazibəsinin qarşısında dayanmağın çətin oduğunu, həm də həmin gözlərin yaşında, kədərində, duyğusunda boğula biləcəyini eyham edir..
Çox sevdiyim kəlamlarından biri də:

“On qadını bədbəxt elyə bilən kişi lazım olanda bir qadını da xöşbəxt eliyə bilmir… Bəlkə bacarmır… Bəlkə də heç istəmir…
Amma baçarmasa da, heç olmasa istəsin…”

Bu dünyaya SÖZ demək üçün gəlib İlqar Fəhmi, ona görə qarşı tərəfdən də söz umur, əsl söz:

“Bir söz de mənə, ey gözü yaşlım,
nəsə bir söz,
Qəlbimdən axan qanımı
bəlkə kəsə bir söz”

Şairlik sadəcə söz düzmək deyil, Allah vergisidir. Hər kəs qafiyə yaza bilər, amma hər kəsin ürəyinə toxunan, insanın içini silkələyən misra yarada bilməz.
İlqar Fəhminin bütün beytlərini ayrılıqda ən mənalı aforizm kimi işlətmək olur və mən həmişə lazımlı yerlərdə müqəddəs deyim kimi istifadə edirəm misralarından:

“İnam uşaq kimiymiş – gözü yaşarsa,
Öpüb sığallamaqla – ovutmaq olmur…”

Sözün gözəlliyindən əlavə özünəməxsusluğu, xoş ahəngi də oxucunun ürəyini titrədir.

“Yanımda sən yox idin, ondan ötrü böylə dolub,
Kağız çiçəklər ilə laləzarı gəncliyimin.”

Şairin hansı qəzəlini, şeirini oxusam orda ürək döyüntüsü hiss edirəm və bəzən özümün ürəyimdən keçən fikirləri oxuyuram:

” Mən sənin sevgini hara qoymuşam?
Heç cürə yadıma sala bilmirəm”…

Mən şairin çox sevdiyim şeir, qəzəllərindən ən sevdiyim misranı, beytləri yığdım ki, söz məndən inciməsin…
İlqar Fəhminin yaradıcılığı, oxucunu ahənrüba kimi çəkir…
Hər yağış yağanda pıçıldadığım bu misraları necə sevməyəsən:

“Insan deyiləm, indi bunu
anlamışam mən,
Eşq adlı buluddan süzülən
bir yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni
qarə buludlar,
Qəlbimdəki şəffaflığımı
saxlamışam mən,
çünki yağışam mən”

Və, bir də dilimdə məsələ dönən təngnəfəs kəlmələr:

“Qapını döyən qonaq yox, ölümsə,
Qonaq kimi qəbul et, gülümsə!

Ölüm ayağında belə, oxucusuna gülümsəməyi tövsiyyə edir. Həmin təbəssüm bu gün yubiley yaşında olan yazıçı – qəzəlxan İlqar Fehminin üzündə daim özünü biruzə verir.
*
Bərbəzəkli sözləri, təmtəraqlı cümlələri sevmədiyimdən öz sadə dilimdə, ürəyimdən keçənlərlə təbrik edirəm şairi. Sağlam və bərəkətli ömür arzulayıram.
Təbəssümünün yubileyi mübarək, şair!
Əfşan Yisifqızı

Share: